Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropa Rusiya ilə münaqişəyə yaxınlaşır

© iStock.com / Michele UrsiAvropa
Avropa - Sputnik Azərbaycan, 1920, 14.08.2024
Abunə olmaq
Qərb dövlətləri ölkələr arasında münasibətləri korlamaq üçün Rusiya ictimai rəyinə təzyiq göstərməyə çalışırlar.
BAKI, 14 avqust — Sputnik. Avropa Rusiya tərəfdən heç bir təhlükə olmamasına baxmayaraq, onunla münaqişəyə yaxınlaşır.
Bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin "RİA Novosti"yə müsahibəsində bildirib.
"Hazırda Avropa Rusiya ilə münaqişəyə doğru "yuvarlanır". Halbuki, buna heç bir səbəb yoxdur və Rusiya heç bir şəkildə Avropanı təhdid etmir" - siyasətçi bildirib.
Vulin daha əvvəl qeyd edib ki, Qərb dövlətləri ölkələr arasında münasibətləri korlamaq üçün Rusiya ictimai rəyinə təzyiq göstərməyə çalışırlar. Belə ki, Serbiyadakı bir çox qeyri-hökumət təşkilatlarına Ukraynaya serb silahlarının tədarükü ilə bağlı mətbuatda fəal şəkildə məlumat yaymaq tapşırığı verilib. Baş nazirin müavininin sözlərinə görə, bu cür xəbərlər yalandır.
"Biz yeganə ölkəyik ki, alıcılar tərəfindən Serbiyanın razılığı olmadan silah və sursatın üçüncü ölkəyə satıla bilməyəcəyinə dair əlavə təminatlar öhdəliyi qoyub. Bildiyimə görə, başqa ölkələrdən məhsullarımızın üçüncü ölkələrə satılması ilə bağlı heç bir müraciət olmayıb" – o, bildirib.
Bundan əvvəl Serbiyanın NATO-ya üzv olmaq niyyətində olmadığı barədə məlumat verilmişdi.
Xəbər lenti
0