Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyanın "nou-hau"su döyüş meydanında effektivliyini sübut edib

© Sputnik / Гавриил Григоров / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Rusiya lideri "Army-2024" forumunun iştirakçılarına müraciət edib.
BAKI, 12 avqust — Sputnik. Analoqu olmayan silah sahəsində Rusiya istehsalı olan bir çox "nou-hau" xüsusi hərbi əməliyyat (XHƏ) zamanı effektivliyini sübut edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Army-2024" forumunun iştirakçılarına videomüraciətində deyib.
Rusiya lideri qeyd edib ki, forumda dünya şöhrətli qabaqcıl korporasiyaların böyük təqdimatı keçirilib. Yalnız silah, müxtəlif hərbi və xüsusi texnikanın ixrac nümunələrinin 240-dan çox mövqeyi təqdim edilib.
"Vurğulamaq istərdim ki, analoqu olmayan bir çox yerli "nou-hau" innovativ həllər artıq döyüş meydanında öz effektivliyini artıq sübut edib. Üstəlik, onların əsas xüsusiyyətləri daim təkmilləşdirilir və yaxşılaşır", Rusiya dövlət başçısı vurğulayıb.
Xəbər lenti
0