Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Belousov ABŞ-la silahlı qarşıdurmada uğur əldə etmək üçün şərtləri açıqladı

© Sputnik / Вячеслав Прокофьев / POOL / Mediabanka keçid Rusiyanın müdafiə naziri Andrey Belousov
 Rusiyanın müdafiə naziri Andrey Belousov - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Rusiyanın müdafiə naziri bildirib ki, yalnız belə inteqrasiya olunmuş yanaşma düşmənə qarşı tam üstünlük qazanmağa verir.
BAKI, 12 avqust — Sputnik. Rusiyanın müdafiə naziri Andrey Belousov ABŞ başda olmaqla kollektiv Qərblə silahlı qarşıdurmada uğur əldə etmək üçün şərtləri açıqlayıb. Bu barədə rusiyalı nazri "Army-2024" forumunun açılış mərasimində bildirib.
"Anlamaq lazımdır ki, bu cür müasir hərbi münaqişələrdə uğur əldə etmək yalnız aşağıdakı əsas şərtlər eyni vaxtda yerinə yetirildikdə mümkündür. Birincisi, qoşunları ən müasir silahlarla təmin etməkdir. İlk növbədə, yüksək dəqiqliyə malik silahlarla. İkincisi döyüş əməliyyatlarının yeni taktiki üsullarından, o cümlədən pilotsuz sistemlərdən və robot sistemlərdən istifadə ilə bu mümkündür", Belousov deyib..
O, üçüncü şərti mütərəqqi texnoloji çərçivədən, o cümlədən süni intellektdən istifadə etməklə effektiv idarəetmə sisteminin yaradılması olduğunu bildirib.
"Dördüncüsü, hərbi personalın hazırlığının daim təkmilləşdirilməsidir" - Belousov bildirib.
"Yalnız belə inteqrasiya olunmuş yanaşma düşmənə qarşı tam üstünlük qazanmağa verir" - Rusiya müdafiə naziri vurğulayıb.
Xəbər lenti
0