Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Zelenski Ukraynanın dövlət aparatını terror mühərrikinə çevirib- Zaxarova

© Sputnik / Кирилл Зыков / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 11.08.2024
Abunə olmaq
Mariya Zaxarovanın fikrincə, bu cür çıxışlar ABŞ-dakı vəziyyətlə bağlı ola bilər.
BAKI, 11 avqust — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin əmri ilə ölkənin dövlət aparatının qalıqlarını “terror mühərrikinə” çevirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında bildirib.
Diplomatın sözlərinə görə, Zelenski uzun müddət “kimliyini kamuflyaj edib”, lakin nəticə olaraq, uğur qazanmayıb. Qərbdə çoxları Zelenskinin guya yaxşı niyyətinə inanırdı, lakin “onun rəngi getdi və terrorçu mahiyyəti üzə çıxdı”.
"Yaşayış binalarına hücumlar, yatmış mülki şəxslərin mənzillərindəki partlayışlar terrorizmin silinməz çirkinliyidir" - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sözünü yekunlaşdırıb.
Bundan əvvəl xarici KİV-lər yazıblar ki, Zelenski Kursk vilayətinə hücumla Kiyevi məğlubiyyətdən xilas etməyəcək.
BMT isə Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu zamanı mülki əhalinin müdafiəsinə çağırıb.
24.07.24, 23:01
Zelenskinin Ukraynada münaqişəyə son qoyulması ilə bağlı sözlərinə Rusiyadan reaksiya
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəyə tez son qoymağın vacibliyini bəyan edib.
Onun sözlərini Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiostansiyasının efirində şərh edib.
Onun fikrincə, bu cür çıxışlar ABŞ-dakı vəziyyətlə bağlı ola bilər. Hazırda noyabr seçkilərinə və seçki mərhələlərinə fəal hazırlıq gedir. Ona görə də Ukrayna hakimiyyətinin səmimiliyinə ümid etməyə dəyməz.
"Bunlar Bankovanın Ağ Ev ətrafında baş verənlər və qarşıdan gələn seçkilər fonunda göndərdiyi siqnallardır, bu, nəzərə alınmalıdır" - Zaxarova qeyd edib.
Bundan əvvəl Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyü barədə danışdığı bildirilib. O əlavə edib ki, münaqişənin aktiv mərhələsi bu ilin sonuna qədər başa çatmalıdır.
23.07.24, 14:30
Zaxarovadan Zelenskinin təşəbbüsünə reaksiya: O özünü xilas edir
Ukraynada hərbi vəziyyətin uzadılmasına dair qanun layihəsini təklif edən Vladimir Zelenski yalnız özünü xilas edir və bunun əvəzini ukraynalıların həyatı ilə ödəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Ukrayna parlamentinin üzvü Yaroslav Jeleznyak daha əvvəl bildirmişdi ki, Ukraynada səfərbərlik və hərbi vəziyyətin uzadılmasına dair qanun layihələri iylun 23-də Vladimir Zelenskinin təşəbbüsü ilə Ali Radanın saytında yer alıb.

"Zelenski yalnız özünü xilas edir. O, öz xilası üçün böyük bədəl ödəməyə hazırdır və Ukrayna vətəndaşlarının həyatı ilə bunu ödəyir. Ona daha çox Ukrayna vətəndaşlarının həyatı lazım olacaq, ona görə də Ukraynada səfərbərlik yaşının aşağı salınması məsələsi ən aktiv şəkildə Qərbin təhriki ilə müzakirə olunur. Onlar buna yalnız ona görə tam sürətlə gedirlər ki, bu şəxsi ambisiyalar sonsuz qurbanlar tələb edir", - Zaxarova jdeyib.

Onun sözlərinə görə, Zelenskinin hərbi vəziyyətin uzadılması təklifi hakimiyyətin maraqlarının ölkənin varlığı və Ukrayna xalqının taleyindən üstün tutuldmasının uzun müddətdir davam edən təzahürüdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0