https://sputnik.az/20240810/rusiya-ran-ve-sraili-gerginlesdirici-addimlardan-el-cekmeye-cagirir---boqdanov-466582436.html
Rusiya İran və İsraili gərginləşdirici addımlardan əl çəkməyə çağırır - Boqdanov
Rusiya İran və İsraili gərginləşdirici addımlardan əl çəkməyə çağırır - Boqdanov
Sputnik Azərbaycan
Bununla bağlı o, avqustun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini də xatırladıb. 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T09:27+0400
2024-08-10T09:27+0400
2024-08-10T09:27+0400
rusiya
rusiya
rusiya təhlükəsizlik şurası
təhlükəsizlik şurası
"hizbullah"
"hizbullah" təşkilatı
hizbullah
həmas
həmas
iran
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582262_0:14:3202:1815_1920x0_80_0_0_6bbc77a0adcf8a893cc44a5f11b51f4e.jpg
BAKI, 10 avqust — Sputnik. Moskva İran və İsrail arasında gərginliyin kəskinləşməsi fonunda tərəfləri eskalasiyaya səbəb ola biləcək addımlardan əl çəkməyə çağırır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. "Biz hamı ilə təmasdayıq. Gərginliyin azaldılmasının tərəfdarıyıq. Mən dünən İsrail səfiri ilə görüşdüm. Biz hamını regionun bütün ölkələri üçün fəlakət təhlükəsi yaradan eskalasiyadan çəkinməyə çağırırıq. Biz bunu etməliyik. Problemin syasi həllini tapmalıyıq", o bildirib. Bununla bağlı o, avqustun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini də xatırladıb. Keçən həftə yüksək rütbəli şiə komandiri Fuad Şükr İsrailin Beyrutun kənarına endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hərəkatın lideri Həsən Nəsrullah "Hizbullah"ın İsraillə mübarizənin yeni mərhələsinə keçdiyini və güclü zərbə endirmək niyyətində olduğunu bildirib. Daha sonra HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb, onun ölümünə görə İsrail qisas alınacağı ilə hədələnib. İsrail rəhbərliyi İran və bölgədəki müqavimət hərəkatlarının hücumu halında Livana kütləvi zərbələr endirməyə hazır olduğunu bəyan edib.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582262_16:0:2747:2048_1920x0_80_0_0_3fc92a0f216cca7fd7e601e1815e5156.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, rusiya təhlükəsizlik şurası, təhlükəsizlik şurası, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, həmas, həmas, iran, iran, israil, ismayıl haniyə, həmas siyasi bürosunun lideri ismayıl haniyə
rusiya, rusiya təhlükəsizlik şurası, təhlükəsizlik şurası, "hizbullah", "hizbullah" təşkilatı, hizbullah, həmas, həmas, iran, iran, israil, ismayıl haniyə, həmas siyasi bürosunun lideri ismayıl haniyə
Rusiya İran və İsraili gərginləşdirici addımlardan əl çəkməyə çağırır - Boqdanov
Bununla bağlı o, avqustun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini də xatırladıb.
BAKI, 10 avqust — Sputnik. Moskva İran və İsrail arasında gərginliyin kəskinləşməsi fonunda tərəfləri eskalasiyaya səbəb ola biləcək addımlardan əl çəkməyə çağırır. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"Biz hamı ilə təmasdayıq. Gərginliyin azaldılmasının tərəfdarıyıq. Mən dünən İsrail səfiri ilə görüşdüm. Biz hamını regionun bütün ölkələri üçün fəlakət təhlükəsi yaradan eskalasiyadan çəkinməyə çağırırıq. Biz bunu etməliyik. Problemin syasi həllini tapmalıyıq", o bildirib.
Bununla bağlı o, avqustun əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana səfərini də xatırladıb.
Keçən həftə yüksək rütbəli şiə komandiri Fuad Şükr İsrailin Beyrutun kənarına endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Hərəkatın lideri Həsən Nəsrullah "Hizbullah"ın İsraillə mübarizənin yeni mərhələsinə keçdiyini və güclü zərbə endirmək niyyətində olduğunu bildirib. Daha sonra HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb, onun ölümünə görə İsrail qisas alınacağı ilə hədələnib. İsrail rəhbərliyi İran və bölgədəki müqavimət hərəkatlarının hücumu halında Livana kütləvi zərbələr endirməyə hazır olduğunu bəyan edib.