https://sputnik.az/20240809/misustin-novaka-yeni-vezife-verdi-466582741.html
Mişustin Novaka yeni vəzifə verdi
Mişustin Novaka yeni vəzifə verdi
Sputnik Azərbaycan
Əvvəllər bu vəzifəni may ayında Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edən Rusiya Federasiyası Baş nazirinin keçmiş birinci müavini Andrey Belousov tutub. 09.08.2024, Sputnik Azərbaycan
2024-08-09T16:15+0400
2024-08-09T16:15+0400
2024-08-09T16:15+0400
aleksandr novak
rusiya
mixail mişustin
nazirlər kabineti
komissiya
komitə
komitə
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582572_0:0:3299:1856_1920x0_80_0_0_3723a509ab6b95e0b92a824a6e508f3e.jpg
BAKI, 9 avqust — Sputnik. Baş nazir Mixail Mişustin Aleksandr Novakı Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə komissiya sədrinin birinci müavini təyin edib. Nazirlər Kabinetində edilən dəyişikliklərə uyğun olaraq komissiyanın tərkibi yenilənib. "Mixail Mişustin Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə hökumət komissiyasının və onun maliyyə sektorunun, iqtisadiyyatın ayrı-ayrı sektorlarının sabitliyinin artırılması üzrə alt komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Baş nazirin müavini Aleksandr Novak komissiya sədrinin birinci müavini və alt komitənin rəhbəri təyin edilib", - məlumatda deyilir. Əvvəllər bu vəzifəni may ayında Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edən Rusiya Federasiyası Baş nazirinin keçmiş birinci müavini Andrey Belousov tutub. "Komissiyaya sənaye və ticarət naziri Anton Əlixanov, kənd təsərrüfatı naziri Oksana Lut, nəqliyyat naziri Roman Starovoyt, Moskva merinin müavini Mariya Baqreyeva daxildir", - Nazirlər Kabinetinin məlumatında deyilir. Bundan əlavə, Əlixanov, Lut, Starovoyt və energetika naziri Sergey Tsivilev maliyyə sektorunun və iqtisadiyyatın ayrı-ayrı sektorlarının sabitliyinin artırılması üzrə alt komitənin tərkibinə daxil ediliblər. Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə hökumət komissiyası 2018-ci ildən fəaliyyət göstərir. 2020-ci ildə ona Mişustin rəhbərlik edib, 2022-ci ildə isə onun işi operativ qərargah rejiminə keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466582572_547:0:3278:2048_1920x0_80_0_0_f8ce3dd10f951b3bea1eebdd25a7437f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr novak, mixail mişustin, nazirlər kabineti, komissiya, komitə, komitə
aleksandr novak, mixail mişustin, nazirlər kabineti, komissiya, komitə, komitə
Mişustin Novaka yeni vəzifə verdi
Əvvəllər bu vəzifəni may ayında Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edən Rusiya Federasiyası Baş nazirinin keçmiş birinci müavini Andrey Belousov tutub.
BAKI, 9 avqust — Sputnik. Baş nazir Mixail Mişustin Aleksandr Novakı Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə komissiya sədrinin birinci müavini təyin edib. Nazirlər Kabinetində edilən dəyişikliklərə uyğun olaraq komissiyanın tərkibi yenilənib.
"Mixail Mişustin Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə hökumət komissiyasının və onun maliyyə sektorunun, iqtisadiyyatın ayrı-ayrı sektorlarının sabitliyinin artırılması üzrə alt komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Baş nazirin müavini Aleksandr Novak komissiya sədrinin birinci müavini və alt komitənin rəhbəri təyin edilib", - məlumatda deyilir.
Əvvəllər bu vəzifəni may ayında Rusiya Müdafiə Nazirliyinə rəhbərlik edən Rusiya Federasiyası Baş nazirinin keçmiş birinci müavini Andrey Belousov tutub.
"Komissiyaya sənaye və ticarət naziri Anton Əlixanov, kənd təsərrüfatı naziri Oksana Lut, nəqliyyat naziri Roman Starovoyt, Moskva merinin müavini Mariya Baqreyeva daxildir", - Nazirlər Kabinetinin məlumatında deyilir.
Bundan əlavə, Əlixanov, Lut, Starovoyt və energetika naziri Sergey Tsivilev maliyyə sektorunun və iqtisadiyyatın ayrı-ayrı sektorlarının sabitliyinin artırılması üzrə alt komitənin tərkibinə daxil ediliblər.
Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının artırılması üzrə hökumət komissiyası 2018-ci ildən fəaliyyət göstərir. 2020-ci ildə ona Mişustin rəhbərlik edib, 2022-ci ildə isə onun işi operativ qərargah rejiminə keçirilib.