Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Sputnik Azərbaycan mətbuat mərkəzi: Xəzər dənizində yeni geosiyasi şəraitdə əməkdaşlıq

© iStock.com / HarvepinoXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Tədbirdə "Xəzər beşliyi" dövlətlərinin iqtisadi qarşılıqlı əlaqə vektoru, Xəzər dənizinin ekoloji problemlərinin həllinə dövlətlərin yanaşmalarında dəyişiklik müzakirə olunacaq.
BAKI, 8 avqust — Sputnik. 2006-cı il avqustun 12-də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib və o vaxtdan bu gün Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur.
Bu tarix regionda və dünyada baş verən geosiyasi turbulentlik fonunda Xəzəryanı dövlətlər arasında siyasi dialoqun inkişafı, "Xəzər beşliyi" dövlətlərinin iqtisadi qarşılıqlı əlaqə vektoru, Xəzər dənizinin ekoloji problemlərinin həllinə dövlətlərin yanaşmalarında dəyişiklik və s. kimi mövzuları müzakirə etmək üçün bir fürsətdir.
Bütün bunlar barədə avqustun 9-da, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində baş tutacaq Bakı-Astana-Həştərxan videokörpüsü zamanı müzakirə olunacaq:
Bakıda:
- Orxan Yolçuyev – "STEM" analitik mərkəzinin direktoru;
Astanada:
- Rəhim Sakenoviç Oşakbəyov, "TALAP" Tətbiqi Tədqiqatlar Mərkəzinin baş iqtisadçısı;
Həştərxanda:
- Andrey Yuryeviç Nalimov, "Lotos" xüsusi iqtisadi zona SC-nin baş direktorunun müavini.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0