https://sputnik.az/20240808/putin-polisin-selahiyyetlerini-artirdi-qanunu-pozan-ecnebiler-olkeden-qovulacaq-466563796.html
Putin polisin səlahiyyətlərini artırdı: Qanunu pozan əcnəbilər ölkədən qovulacaq
Putin polisin səlahiyyətlərini artırdı: Qanunu pozan əcnəbilər ölkədən qovulacaq
Sputnik Azərbaycan
Yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər... 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T22:56+0400
2024-08-08T22:56+0400
2024-08-09T09:57+0400
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
putin
vyaçeslav volodin
polis
duma
dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1b/462899240_0:320:3071:2048_1920x0_80_0_0_79c1fe7ee12a1933f6b92a620079d479.jpg
BAKI, 8 avqust - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb.Bu barədə sənəd hüquqi informasiya portalında dərc olunub.“Federal qanun layihəsi <...> xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib”, – qanunun şərhində qeyd olunub.Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.Xatırladaq ki, daha əvvəl 2024-cü ilin iyununda Dövlət Duması miqrasiya sahəsində nəzarəti gücləndirən qanun layihələri paketini təsdiqləmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1b/462899240_176:0:2907:2048_1920x0_80_0_0_6e8963e3e303316949e3cbcaa91a05bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir putin, rusiya prezidenti vladimir putin, putin, vyaçeslav volodin, polis, duma, dövlət duması
vladimir putin, rusiya prezidenti vladimir putin, putin, vyaçeslav volodin, polis, duma, dövlət duması
Putin polisin səlahiyyətlərini artırdı: Qanunu pozan əcnəbilər ölkədən qovulacaq
22:56 08.08.2024 (Yenilənib: 09:57 09.08.2024) Yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.
BAKI, 8 avqust - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin bir sıra qanun pozuntularına görə xarici vətəndaşları məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüququ haqqında qanun imzalayıb.
Bu barədə sənəd hüquqi informasiya portalında dərc olunub.
“Federal qanun layihəsi <...> xarici vətəndaşların deportasiyası və inzibati qaydada qovulması mexanizmlərinin unifikasiyasına və onların ölkədən çıxarılması səlahiyyətlərinin daxili işlər orqanlarında (polis) cəmləşdirilməsinə yönəlib”, – qanunun şərhində qeyd olunub.
Sənədə əsasən, polis əməkdaşları qanunvericiliyə zidd olaraq inzibati xətalara, o cümlədən narkotik vasitələrin daşınmasına, ictimai yerlərdə spirtli içki qəbul etməsinə, habelə pedofiliya və qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etməyə, vicdan və dini azadlıq haqqında qanunvericiliyi pozmaqla missionerlik fəaliyyətinə görə xarici vətəndaşların ölkədən çıxarılması barədə müstəqil qərar qəbul edə bilər.
Qeyd olunub ki, yeni tədbirlər qanunun imzalanmasından 180 gün sonra qüvvəyə minəcək, buna qədər əcnəbilərin inzibati qaydada çıxarılması ilə bağlı qərarları yalnız hakimlər və sərhədçilər qəbul edə bilər.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin qeyd edib ki, yeni rejim sənədlərinin müddəti bitmiş və ya ləğv edilmiş, yaxud qanun pozuntusuna yol vermiş miqrantlara şamil ediləcək: “Əcnəbilər xüsusi reyestrə salınacaq və onlar özləri yerləşdikləri yer haqqında polisə məlumat verməlidirlər”.
Xatırladaq ki, daha əvvəl 2024-cü ilin iyununda Dövlət Duması miqrasiya sahəsində nəzarəti gücləndirən qanun layihələri paketini təsdiqləmişdi.