https://sputnik.az/20240808/abs-cenubi-qafqazda-dovlet-idareciliyini-alt-ust-etmek-isteyir---zaxarova-466546629.html
ABŞ Cənubi Qafqazda dövlət idarəçiliyini alt-üst etmək istəyir - Zaxarova
ABŞ Cənubi Qafqazda dövlət idarəçiliyini alt-üst etmək istəyir - Zaxarova
Sputnik Azərbaycan
Moskva ABŞ-ın regiondaxili ziddiyyətlərdən istifadə etmək cəhdlərini qeyd edir. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T12:12+0400
2024-08-08T12:12+0400
2024-08-08T12:12+0400
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
mariya zaxarova
ukrayna
abş
abş dövlət departamenti
dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 8 avqust — Sputnik. ABŞ yaxşı bəhanə ilə Cənubi Qafqazda dövlət idarəçiliyini alt-üst etməyə, eləcə də regionun resurslarını öz nəzarəti altına almağa və tranzit potensialından istifadə etməyə çalışır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zaxarova RİA Novosti-yə müsahibəsində deyib. "Onlar yaxşı bəhanələrlə dövlət idarəetmə sistemini əzməyə çalışırlar", diplomat qeyd edib. Zaxarova vurğulayıb ki, ABŞ Rusiya ilə tarixi əlaqələri məhv etmək üçün regionu parçalamaq istəyir. O, ABŞ Dövlət Departamentinin Ermənistanı Rusiya Federasiyasından "qoparmaq" cəhdləri ilə bağlı etirafını belə şərh edib. Diplomat qeyd edib ki, bu cür bəyanatlar diqqəti cəlb etsə də, təəccüb doğurmur. Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin bildirib ki, Moskva ABŞ və onun müttəfiqlərinin Rusiya Federasiyasının sərhədlərində vəziyyəti gərginləşdirmək üçün regiondaxili ziddiyyətlərdən istifadə etmək cəhdlərinin intensivləşməsini qeyd edir. Diplomatın sözlərinə görə, qərblilər Rusiyanı "əsəbləşdirmək" istəkləri ilə region dövlətlərinin maraqlarını unudaraq onların təhlükəsiz və ləyaqətli mövcudluğunu təhlükə altında qoyurlar. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumu ilə bağlı açıqlama verib. O qeyd edib ki, bütün bu qanlı cinayətlər öz Kiyev marionetlərini ört-basdır etməkdə davam edən Qərbin kinli səssizliyi fonunda baş verir. Mariya Zaxarova həmçinin USQ-nin döyüşçülərinə qarşı çıxan Rusiya döyüşçülərinə və Kursk vilayətinin sakinlərinə səmimi dəstəyini ifadə edərək Rusiyanın sülhün müdafiəsində öndə olduğunu və tək olmadığını qeyd edib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, ukrayna, abş, abş dövlət departamenti, dövlət departamenti
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, mariya zaxarova, ukrayna, abş, abş dövlət departamenti, dövlət departamenti
ABŞ Cənubi Qafqazda dövlət idarəçiliyini alt-üst etmək istəyir - Zaxarova
Moskva ABŞ-ın regiondaxili ziddiyyətlərdən istifadə etmək cəhdlərini qeyd edir.
BAKI, 8 avqust — Sputnik. ABŞ yaxşı bəhanə ilə Cənubi Qafqazda dövlət idarəçiliyini alt-üst etməyə, eləcə də regionun resurslarını öz nəzarəti altına almağa və tranzit potensialından istifadə etməyə çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zaxarova RİA Novosti-yə müsahibəsində deyib.
"Onlar yaxşı bəhanələrlə dövlət idarəetmə sistemini əzməyə çalışırlar", diplomat qeyd edib.
Zaxarova vurğulayıb ki, ABŞ Rusiya ilə tarixi əlaqələri məhv etmək üçün regionu parçalamaq istəyir. O, ABŞ Dövlət Departamentinin Ermənistanı Rusiya Federasiyasından "qoparmaq" cəhdləri ilə bağlı etirafını belə şərh edib. Diplomat qeyd edib ki, bu cür bəyanatlar diqqəti cəlb etsə də, təəccüb doğurmur.
Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin bildirib ki, Moskva ABŞ və onun müttəfiqlərinin Rusiya Federasiyasının sərhədlərində vəziyyəti gərginləşdirmək üçün regiondaxili ziddiyyətlərdən istifadə etmək cəhdlərinin intensivləşməsini qeyd edir.
Diplomatın sözlərinə görə, qərblilər Rusiyanı "əsəbləşdirmək" istəkləri ilə region dövlətlərinin maraqlarını unudaraq onların təhlükəsiz və ləyaqətli mövcudluğunu təhlükə altında qoyurlar.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk vilayətinə hücumu ilə bağlı açıqlama verib. O qeyd edib ki, bütün bu qanlı cinayətlər öz Kiyev marionetlərini ört-basdır etməkdə davam edən Qərbin kinli səssizliyi fonunda baş verir.
Mariya Zaxarova həmçinin USQ-nin döyüşçülərinə qarşı çıxan Rusiya döyüşçülərinə və Kursk vilayətinin sakinlərinə səmimi dəstəyini ifadə edərək Rusiyanın sülhün müdafiəsində öndə olduğunu və tək olmadığını qeyd edib.