Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

2024-cü ildə Rusiyada ÜDM-in artımı ötənilki artımı üstələyə bilər – iqtisadçı

© iStock.com / MangoStar_StudioKalkulyatorda hesablayan şəxs
Kalkulyatorda hesablayan şəxs - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Rusiyanın keçmiş maliyyə naziri deyib ki, ilin ikinci yarısında güclərin və əmək resurslarının məhdudluğu səbəbindən nəzərəçarpacaq yavaşlama olacaq.
BAKI, 8 avqust — Sputnik. 2024-cü ildə Rusiya iqtisadiyyatının artımı ötən ilin səviyyəsini keçə bilər: hadisələrin nikbin inkişafı nəticəsində bu göstərici 3,7% təşkil edəcək.
Bunu Rusiyanın keçmiş maliyyə naziri və iqtisadçı Mixail Zadornov "RİA Novosti"yə müsahibəsində bildirib.
"Düşünürəm ki, dördüncü rübdə biz 2,5-3,5%-ə qədər yavaşlama müşahidə edəcəyik. 2024-cü ilin sonunda isə ÜDM-in artımı 3,5-3,7% civarında olacaq. Yəni ilin ikinci yarısında güclərin və əmək resurslarının məhdudluğu səbəbindən nəzərəçarpacaq yavaşlama olacaq" - iqtisadçı qeyd edib.
"Eyni zamanda, artım templəri, əsasən ÜDM-ə töhfəsi kifayət qədər böyük olan kənd təsərrüfatı sənayesindən asılıdır" - Zadornov əlavə edib.
"Əgər yaxşı məhsul olarsa, və ya hətta ötənilki kimi yaxşı olmasa belə, avqust ayında - sentyabrın ilk iki həftəsində sıfır inflyasiyaya arxalana bilərik. Əgər vəziyyət bu cür olmazsa, ərzaq özünün deflyasiya rolunu oynamayacaq" – o, sözünü bitirib.
"Rosstat"ın məlumatına görə, 2023-cü ildə Rusiya iqtisadiyyatı 3,6% artıb. Mərkəzi Bankın proqnozuna görə, bu il ölkədə ÜDM 3,5-4% arta bilər. İyulun sonunda iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, Mərkəzi Bankın Rusiya ÜDM-nin 2024-cü il üçün 3,5-4% artım proqnozu İqtisadi İnkişaf Nazirliyinin hazırkı hesablamalarına uyğundur. Nazirliyin hazırkı proqnozu bu il Rusiya Federasiyasının iqtisadiyyatının 2,8 faiz artımını nəzərdə tutur. Bu göstərici isə avqust ayında yenilənəcək.
Xəbər lenti
0