https://sputnik.az/20240806/abs-in-hazir-olmadigi-gelecek-rusiya-daha-tekmil-silahlar-yaradir-466495450.html
ABŞ-ın hazır olmadığı gələcək: Rusiya daha təkmil silahlar yaradır
ABŞ-ın hazır olmadığı gələcək: Rusiya daha təkmil silahlar yaradır
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələrin arsenalında olan dronların sayının sürətlə artması fonunda ABŞ hərbi əməliyyatlara hazır deyil. 06.08.2024, Sputnik Azərbaycan
2024-08-06T08:42+0400
2024-08-06T08:42+0400
2024-08-06T08:42+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
andrey belousov
ukrayna
dron
pua
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736562_0:0:1920:1080_1920x0_80_0_0_0abf2ccc505cf5e0fe3dd7f17cd9aed1.jpg
BAKI, 6 avqust — Sputnik. Minlərlə pilotsuz uçuş aparatı (PUA, dron) xüsusi hərbi əməliyyatın (XHƏ) getdiyi ərazi səmasını doldurur. Bu dronlar və onların operatorları maneələrin qarşısını almaq, potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər. Bu barədə Rusiya mediası "Foreign Affairs" jurnalına istinadən xəbər verib. Nəşrin məlumatına görə, Rusiya hücumlara qarşı çıxa və düşmənin müdafiəsini dəf edə biləcək daha da təkmil texnologiyalar hazırlamağa tələsir. Bu, ABŞ-ın hazır olmadığı bir gələcəkdir. Onların təyyarələri, gəmiləri və tankları dronların hücumlarına qarşı müdafiə üçün təchiz olunmayıb. Hərbçilər hələ də süni intellekti qəbul etməyiblər. Eyni zamanda Rusiya hərbçiləri Ukraynada müxtəlif süni intellektli dronlardan istifadə edirlər. XHƏ-də təcrübə qazanan Rusiya dronların istehsalını kəskin şəkildə artırıb və hazırda münaqişə bölgələrində böyük effekt əldə etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya hərbi qüvvələrinə gündə təxminən 4 min PUA verilir. Orduda FPV dronlarının sayı kəskin dərəcədə artıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736562_240:0:1680:1080_1920x0_80_0_0_9eda7fbaba38184406115859fcdfb752.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, andrey belousov, ukrayna, dron, pua
rusiya, andrey belousov, ukrayna, dron, pua
ABŞ-ın hazır olmadığı gələcək: Rusiya daha təkmil silahlar yaradır
Rusiya Silahlı Qüvvələrin arsenalında olan dronların sayının sürətlə artması fonunda ABŞ hərbi əməliyyatlara hazır deyil.
BAKI, 6 avqust — Sputnik. Minlərlə pilotsuz uçuş aparatı (PUA, dron) xüsusi hərbi əməliyyatın (XHƏ) getdiyi ərazi səmasını doldurur. Bu dronlar və onların operatorları maneələrin qarşısını almaq, potensial hədəfləri müəyyən etmək üçün süni intellekt sistemlərindən istifadə edirlər.
Bu barədə Rusiya mediası "Foreign Affairs" jurnalına istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Rusiya hücumlara qarşı çıxa və düşmənin müdafiəsini dəf edə biləcək daha da təkmil texnologiyalar hazırlamağa tələsir. Bu, ABŞ-ın hazır olmadığı bir gələcəkdir. Onların təyyarələri, gəmiləri və tankları dronların hücumlarına qarşı müdafiə üçün təchiz olunmayıb. Hərbçilər hələ də süni intellekti qəbul etməyiblər.
Eyni zamanda Rusiya hərbçiləri Ukraynada müxtəlif süni intellektli dronlardan istifadə edirlər. XHƏ-də təcrübə qazanan Rusiya dronların istehsalını kəskin şəkildə artırıb və hazırda münaqişə bölgələrində böyük effekt əldə etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.
Bu yaxınlarda Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib ki, Rusiya hərbi qüvvələrinə gündə təxminən 4 min PUA verilir. Orduda FPV dronlarının sayı kəskin dərəcədə artıb.