Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir

© iStock.com / M-ProductionHəbs edilmiş qadın
Həbs edilmiş qadın - Sputnik Azərbaycan, 1920, 06.08.2024
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 6 avqust - Sputnik. Bakıda restorandan 13 min manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:
"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0