Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Londonu etirazçılara qarşı əsassız zorakılıq tətbiq etməməyə çağırır - XİN

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 04.08.2024
Abunə olmaq
BAKI, 4 avqust - Sputnik. Moskva Londonu etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Britaniyada başlayan etiraz dalğasını şərh edərkən bildirib.

“Biz tez-tez Britaniyadan ölkəmizə qarşı müxalif fikrin sıxışdırılması və senzura ilə bağlı əsassız ittihamlar, həmçinin demokratiya və insan hüquqlarına hörmətlə bağlı yüksək səslə çağırışlar eşidirik. Lakin bu halda Britaniya hakimiyyəti və polisi yalnız qanunlar əsasında hərəkət etməlidir. Xatırladırıq ki, vətəndaşların hakimiyyətin siyasəti ilə razılaşmadığını bildirmək hüququ var”, - Zaxarovanın nazirliyin saytındakı şərhində deyilir.

Diplomat bildirib ki, Rusiya Londonu etirazçılara qarşı əsassız və qeyri-mütənasib zorakılıqdan çəkinməyə və Britaniya xalqının sərbəst toplaşmaq hüququna riayət olunmasını təmin etməyə çağırır.

"Rusiya xarici dövlətlərin daxili işlərinə qarışmır, daxili problemlərin və böhranların həlli ilə bağlı müdaxilə göstərişlərindən çəkinir", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, əksinə, ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri belə bir siyasət yürüdürlər, halbuki onlar dünyada sabitliyi pozmaq əvəzinə öz ciddi problemlərinə diqqət yetirsələr, daha yaxşı olar.
Şənbə günü İTV Böyük Britaniyanın bir sıra şəhərlərində, o cümlədən Mançester, Lids, Belfast və digər şəhərlərdə yüzlərlə insanın iştirak etdiyi etirazların başladığını bildirib. Bazar günü SkyNews xəbər verib ki, ölkə daxilində iğtişaşlarla bağlı 90-dan çox adam saxlanılıb.
Britaniyanın Mersisayd qraflığının polisi iyulun 29-da Sautport şəhərində uşaqlara bıçaqla hücum edildiyini bildirib. Üç uşaq ölüb, daha bir neçə uşaq və iki böyük ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 17 yaşlı yeniyetməni saxlayıb və ona üç nəfəri qətlə yetirmək, daha on nəfəri öldürməyə cəhd və bıçaqlı silah saxlamaqda ittiham ediblər.
Polis hücumu terrorla əlaqələndirmədiklərini təsdiqləyib. Polisin məlumatına görə, hücum uşaqlar üçün rəqs və yoqa dərsləri zamanı baş verib.
Soutport, London və bir sıra digər şəhərlərin sakinlərinin hücuma reaksiyası etirazlarla nəticələnib, şübhəlinin qaçqın olması ilə bağlı təsdiqlənməmiş məlumatların yayılması üzündən polislə toqquşmalara və iğtişaşlara çevrilib.
Daha sonra Sky News xəbər verib ki, hücumu törədən Uelsdə doğulmuş Ruandalı yeniyetmədir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlara ifrat sağ hərəkat olan İngilis Müdafiə Liqasının tərəfdarları səbəb olub.
Bir sıra Britaniya mediası ifrat sağçı etirazların qızışdırılmasında Rusiyanın iddia edilən izini görüb. Rusiyanın Londondakı səfirliyi RF-in Britaniyada iğtişaşların qızışdırılmasında iştirakı ilə bağlı bütün xəbərləri rədd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0