Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynadakı istənilən hərbi zavodlar qanuni hərbi hədəf olaraq qalır - Rusiya XİN

© Sputnik / Виталий БелоусовRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 03.08.2024
Abunə olmaq
Nastasin əlavə edib ki, sövdələşmənin dəyəri təxminən 100 milyon avro təşkil edəcək.
BAKI, 3 avqust — Sputnik. İstənilən hərbi zavodlar Rusiya Silahlı Qüvvələrinin qanuni hərbi hədəfi olacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümyəndəsi Andrey Nastasin deyib.
Nastasin bunu iyulun 24-də Almaniyanın "Rheinmetall" müdafiə konserninin Ukraynada sursat istehsalı zavodunun tikintisi üçün ilk sifarişi aldığını elan etməsi kontekstində qeyd edib.
Sifarişdə zavodun istismara verilənədək tam texniki təchizatı daxildir. Ukraynanın bu obyektində sursat istehsalına 24 ay ərzində başlanacağı gözlənilir.
"Bununla əlaqədar olaraq xatırladırıq ki, Ukraynadakı istənilən hərbi zavod Rusiya silahlı qüvvələrinin qanuni hədəfidir", XİN rəsmisi qeyd edib.
Nastasin əlavə edib ki, sövdələşmənin dəyəri təxminən 100 milyon avro təşkil edəcək və bildirib ki, inkişaf və yenidənqurmaya qoyulan investisiyalardan fərqli olaraq, Qərb ordusu silah istehsalına pul xərcləməkdən çəkinmir.
"Müharibədən və qandan pul qazanmaq həmişə Qərb iş adamlarının ənənələrində olub və belə də qalır", o, yekunlaşdırıb.
Xəbər lenti
0