Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sürücülərin nəzərinə - Bu küçədə də cərimə oluna bilərsiniz!

© Sputnik / Rahim Muradovcərimə
cərimə  - Sputnik Azərbaycan, 1920, 01.08.2024
Abunə olmaq
Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
BAKI, 1 avqust — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sputnik Azərbaycan-a AYNA-dan verilən xəbərə görə, görülən işlər çərçivəsində Cəfər Cabbarlı küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişmədən Əlibəy Hüseynzadə küçəsi ilə kəsişməyədək) hərəkət zolaqlarının təşkili yekunlaşdırılıb.
Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Məlumat üçün bildiririk ki, Cəfər Cabbarlı küçəsində 7 müntəzəm marşrut xətti üzrə 102 ümumi istifadədə olan avtobus fəaliyyət göstərir ki, həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 75000-dən çox sərnişin daşınır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0