https://sputnik.az/20240801/rusiya-ve-ran-xn-rehberleri-hemas-siyasi-burosunun-rehberinin-qetlini-pisleyib-466439886.html
Rusiya və İran XİN rəhbərləri Həmas Siyasi Bürosunun rəhbərinin qətlini pisləyib
Rusiya və İran XİN rəhbərləri Həmas Siyasi Bürosunun rəhbərinin qətlini pisləyib
Sputnik Azərbaycan
Rusiya Xİn rəhbəri istisnasız olaraq Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir edən bütün tərəfləri vəziyyətin sabitliyinin daha da... 01.08.2024, Sputnik Azərbaycan
2024-08-01T19:21+0400
2024-08-01T19:21+0400
2024-08-01T19:37+0400
rusiya
rusiya
iran
həmas
qətl
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221183_0:187:2000:1312_1920x0_80_0_0_969814873325b0508c86ce289622b496.jpg
BAKI, 1 avqust - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri telefon danışığı zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilir ki, Lavrov istisnasız olaraq Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir edən bütün tərəfləri vəziyyətin daha da sabitliyinin pozulmasına və mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək hərəkətlərin qarşısını almağa çağırıb.Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, söhbət zamanı siyasi qətllərin qəbuledilməz olduğu və bu cür hərəkətlərin son dərəcə təhlükəli nəticələrinin Fələstin-İsrail münaqişəsi zonasında kəskin eskalasiya və regional vəziyyətin kəskin şəkildə deqradasiyası ilə dolu olduğu vurğulanıb.“Bu cür təxribatların təşkilatçıları açıq şəkildə onsuz da dalana dirənmiş danışıqlar prosesini pozmağı gözləyirlər və Birləşmiş Ştatların Fələstin dövlətinin yaradılması ilə bağlı BMT qətnamələrini unudulması üçün ABŞ-ı hərbi əməliyyatlara cəlb etməyə mərc edirlər”, - məlumatda deyilir.Çərşənbə günü Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib.Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur.İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı “mediada yayılan xəbərlərə cavab vermədiklərini” bildiriblər.“The Jerusalem Post” yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221183_0:0:2000:1500_1920x0_80_0_0_4fdc80ec7ec76da9d7dad60929040ad9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, iran, həmas, qətl
rusiya, iran, həmas, qətl
Rusiya və İran XİN rəhbərləri Həmas Siyasi Bürosunun rəhbərinin qətlini pisləyib
19:21 01.08.2024 (Yenilənib: 19:37 01.08.2024) Rusiya Xİn rəhbəri istisnasız olaraq Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir edən bütün tərəfləri vəziyyətin sabitliyinin daha da pozulmasına və mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək hərəkətlərin qarşısını almağa çağırıb.
BAKI, 1 avqust - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri telefon danışığı zamanı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər HƏMAS Siyasi Bürosunun rəhbərinin Tehranda İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakı zamanı öldürülməsini pisləyib”, - nazirliyin saytında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, Lavrov istisnasız olaraq Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə vəziyyətə təsir edən bütün tərəfləri vəziyyətin daha da sabitliyinin pozulmasına və mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək hərəkətlərin qarşısını almağa çağırıb.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, söhbət zamanı siyasi qətllərin qəbuledilməz olduğu və bu cür hərəkətlərin son dərəcə təhlükəli nəticələrinin Fələstin-İsrail münaqişəsi zonasında kəskin eskalasiya və regional vəziyyətin kəskin şəkildə deqradasiyası ilə dolu olduğu vurğulanıb.
“Bu cür təxribatların təşkilatçıları açıq şəkildə onsuz da dalana dirənmiş danışıqlar prosesini pozmağı gözləyirlər və Birləşmiş Ştatların Fələstin dövlətinin yaradılması ilə bağlı BMT qətnamələrini unudulması üçün ABŞ-ı hərbi əməliyyatlara cəlb etməyə mərc edirlər”, - məlumatda deyilir.
Çərşənbə günü Fələstinin HƏMAS hərəkatı hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldüyünü elan edib.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib.
Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, HƏMAS Siyasi Büro rəhbərinin ölümü və İsrailin bu işə qarışması ilə bağlı deyəcək heç nə yoxdur.
İsrail ordusunun nümayəndələri də öz növbəsində Haniyənin öldürülməsi ilə bağlı “mediada yayılan xəbərlərə cavab vermədiklərini” bildiriblər.
“The Jerusalem Post” yazıb ki, İsrail hakimiyyəti nazirlərə HƏMAS liderinin öldürülməsi barədə danışmamağı tapşırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.