https://sputnik.az/20240730/tullanti-ver-hediyye-al---azerbaycanda-yeni-festival-kecirilecek-466382855.html
Tullantı ver, hədiyyə al - Azərbaycanda yeni festival keçiriləcək
Tullantı ver, hədiyyə al - Azərbaycanda yeni festival keçiriləcək
Sputnik Azərbaycan
Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində... 30.07.2024, Sputnik Azərbaycan
2024-07-30T18:22+0400
2024-07-30T18:22+0400
2024-07-30T18:22+0400
festival
paytaxt xəbərləri
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
plastik
plastik qablar
plastik kart
tullantı
məişət tullantıları
tullantılarının utilizasiyası
"ağ şəhər" layihəsi
https://cdnn1.img.sputnik.az/img/42433/33/424333316_0:158:3077:1889_1920x0_80_0_0_f74129133f39eb0cfa7ea75ac4665209.jpg
BAKI, 30 iyul — Sputnik. Azərbaycanda növbəti dəfə "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçiriləcək. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Tullantıları hədiyyələrə dəyiş" festivalı bu dəfə "Ağ Şəhər"də baş tutacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib. "Festivalın keçirilməsində məqsəd ictimaiyyəti tullantıların düzgün idarə olunması barədə maarifləndirmək, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyini vurğulamaq və tullantılardan daha səmərəli istifadəni təşviq etməkdir". Nazirlik sözçüsü məlumat verib ki, təbiətlə dostluğu, tullantılarla bağlı problemin aradan qaldırılmasında vətəndaşların rolunu aşılayan festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə 3 avqust tarixində təşkil olunacaq. "Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır. Festival 3 avqust 2024-cü il tarixində Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər "Biznes Mərkəzi 2020"nin qarşısında keçiriləcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/33/424333316_174:0:2903:2047_1920x0_80_0_0_032a97eafb8336ff44fb3d3b167fc9d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
festival, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, plastik, plastik qablar, plastik kart, tullantı, məişət tullantıları, tullantılarının utilizasiyası, "ağ şəhər" layihəsi
festival, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, plastik, plastik qablar, plastik kart, tullantı, məişət tullantıları, tullantılarının utilizasiyası, "ağ şəhər" layihəsi
Tullantı ver, hədiyyə al - Azərbaycanda yeni festival keçiriləcək
Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
BAKI, 30 iyul — Sputnik. Azərbaycanda növbəti dəfə "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçiriləcək.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Tullantıları hədiyyələrə dəyiş" festivalı bu dəfə "Ağ Şəhər"də baş tutacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.
"Festivalın keçirilməsində məqsəd ictimaiyyəti tullantıların düzgün idarə olunması barədə maarifləndirmək, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyini vurğulamaq və tullantılardan daha səmərəli istifadəni təşviq etməkdir".
Nazirlik sözçüsü məlumat verib ki, təbiətlə dostluğu, tullantılarla bağlı problemin aradan qaldırılmasında vətəndaşların rolunu aşılayan festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə 3 avqust tarixində təşkil olunacaq.
"Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır.
Festival 3 avqust 2024-cü il tarixində Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər "Biznes Mərkəzi 2020"nin qarşısında keçiriləcək".