Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İranın azərbaycanlı prezidentinin andiçmə mərasimi keçirilib - VİDEO

CC BY 4.0 / tasnimnews / Pezeshkian Sworn İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian
 İranın yeni seçilən Prezidenti Məsud Pezeşkian - Sputnik Azərbaycan, 1920, 30.07.2024
Abunə olmaq
Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
BAKI, 30 iyul - Sputnik. İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.
Təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.
İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.
***
İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilir.
Hazırda 14-cü prezidentin andiçmə mərasimi İran parlamentin ictimai zalında 104 nümayəndə heyətinin və beynəlxalq təşkilatların daxil olduğu 86 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilir.
Dünən axşamdan etibarən Məsud Pezeşkian Cənubi Afrika, Suriya, Kuba, Yəmən, Malayziya, eləcə də Fələstin İslami Cihad və Hizbullahın müxtəlif rəsmiləri ilə görüşüb.
İran prezidentinin Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı olub.
Azərbaycanı inqurasiya mərasimində Baş nazir Əli Əsədov təmsil edir.
30.07.24, 16:25
Ali dini lider Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Tehranda keçirilən mərasimdə İran rəhbərliyindən çoxlu yüksək səviyyəli rəsmilər və ruhanilər iştirak ediblər.
Tədbir İranın daxili işlər naziri Əhməd Vahidinin növbədənkənar prezident seçkilərinin necə keçdiyi barədə rəsmi hesabatı ilə başlayıb.
Daha sonra Ali dini rəhbər Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.
Yeni prezident xalqa minnətdarlıq sözləri ilə çıxış edib, onları birliyə və bərabərliyə çağırıb.
27.07.24, 14:14
Pezeşkianın andiçmə mərasiminin vaxtı açıqlandı
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.
“Tasnim” agentliyinin məlumatına görə, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.
Məlumata görə, mərasim İran televiziyaları ilə birbaşa yayımlanacaq.
Bir müddət əvvəl andiçmə mərasiminin iyulun 30-da keçiriləcəyinə dair məlumat yayılmışdı.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.
11.07.24, 18:49
İran prezidentinin andiçmə mərasimində Rusiyanı Volodin təmsil edəcək - Putin
Dövlət Dumasının sədri Vyaçeslav Volodin İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Cümə axşamı günü BRİKS Parlament Forumu çərçivəsində Rusiya lideri İran İslam Şurasının iclasının sədri Məhəmməd Baqir Qalibafla danışıb.

“Bu yaxınlarda İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilməlidir. Burada Rusiya nümayəndə heyətinə sizin həmkarınız cənab Volodin rəhbərlik edəcək”, - Putin görüş zamanı bildirib.

Ötən həftə İranın prezidenti seçilən Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da baş tutacaq. Bu barədə İran parlamentinin Rəyasət Heyətinin üzvü Müctəba Yusefi bildirib.
Xatırladaq ki, ötən bazar günü İran seçki komissiyasının rəhbəri Möhsün Eslami islahatçı siyasətçi Məsud Pezeşkiyanın İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda 16 milyon 384 min 403 səs toplayaraq qalib gəldiyini açıqlamışdı. Onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili 13 milyon 538 min 179 səs toplayıb.
Eslaminin sözlərinə görə, ümumilikdə 30 milyon 573 min 931 səs hesablanıb və seçicilərin 49,8 faizi iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0