Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskovdan Rusiya müdafiə nazirinin müavininin həbsinə reaksiya

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Abunə olmaq
Kreml sözçüsü qeyd edib ki, Rusiya hərbçiləri Vaşinqton və Tokionun ABŞ və Yaponiyanın birgə hərbi komandanlığı üçün yeni struktur yaratmaq barədə qərarının lazımi təhlilini aparacaq.
BAKI, 29 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakovun həbsi ilə bağlı vəziyyətdən xəbərdardır, həbslər barədə düşünmək Kremlin işi deyil. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Həbslər haqqında düşünmək Kremlin işi deyil. Təbii ki, prezident bundan xəbərdardır", - Peskov Kremlin keçmiş müdafiə nazirinin müavini Dmitri Bulqakovun həbsi ilə bağlı suala cavabında deyib.

FTX və İstintaq Komitəsi ötən cümə günü Bulqakovun korrupsiya işi ilə bağlı həbs olunduğunu bildirib. O, Müdafiə Nazirliyində RF Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh idi. O, 2010-cu il iyulun 27-də müdafiə nazirinin müavini təyin edilib. 2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.
© Sputnik / Aleksey Kolchin / Mediabanka keçidDmitri Bulqakov, arxiv
Заместитель министра обороны РФ Дмитрий Булгаков, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Dmitri Bulqakov, arxiv
Peskov onu da bildrib ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin Aleksandr Lukaşenko keçən həftə Valaamda keçirilən danışıqlarda iki ölkə arasında əməkdaşlığın bütün spektrini, o cümlədən təhlükəsizlik və ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Təbii ki, ikitərəfli münasibətlərlə bağlı bütün məsələlər müzakirə olunub, bura ticarət-iqtisadi əməkdaşlıq, yəni ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunub", - Peskov bildirib.

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Kreml sözçüsü qeyd edib ki, Rusiya hərbçiləri Vaşinqton və Tokionun ABŞ və Yaponiyanın birgə hərbi komandanlığı üçün yeni struktur yaratmaq barədə qərarının lazımi təhlilini aparacaq.
"Bu, tam olaraq Kreml mövzusu deyil, bu, bizim hərbçilərin təhlili üçün nəzərdə tutulmuş bir mövzudur", - Peskov bildirib.
Bundan əvvəl Yaponiyanın müdafiə naziri Minoru Kihara bildirmişdi ki, Yaponiya və ABŞ komandanlıq koordinasiyasını artırmaq üçün işçi qrup yaradacaqlar. Pentaqonun rəhbəri Lloyd Ostin qeyd edib ki, ABŞ-ın Yaponiyada yeni vahid hərbi komandanlıq strukturu yaratmaq qərarı Çinin fəaliyyəti ilə bağlı deyil.
© ВМС США / Mediabanka keçidABŞ-nin Harry Truman hərbi gəmisi, arxiv
Авианосец Harry Truman ВМС США, архивное фото - Sputnik Azərbaycan, 1920, 29.07.2024
ABŞ-nin Harry Truman hərbi gəmisi, arxiv
Ostin bildirib ki, Birləşmiş Ştatlar və Yaponiya mövcud və gələcək təhdidləri daha yaxşı həll etmək üçün Sakit Okeanda vahid komandanlığı modernləşdirməyə razılaşıblar. Yeni komanda strukturu Yaponiyada yerləşən ABŞ qoşunları ilə Özünümüdafiə Qüvvələri arasında əməkdaşlığı və koordinasiyanı artırmaq üçün yaradılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0