https://sputnik.az/20240729/bal-yarmarkasina-qeydiyyat-basladi-466348728.html
Bal yarmarkasına qeydiyyat başladı
Bal yarmarkasına qeydiyyat başladı
Sputnik Azərbaycan
Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T23:47+0400
2024-07-29T23:47+0400
2024-07-29T23:47+0400
bal
paytaxt xəbərləri
nümunə
yarmarka
azərbaycan
qeydiyyat
aqta
kənd təsərrüfatı nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446992712_0:104:2000:1229_1920x0_80_0_0_da0decb07838879ab36385b0f31d5768.jpg
BAKI, 29 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə bu il sentyabrın 9-29-da Bakıda keçiriləcək arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayıb. Sputnik Azərbaycan bu barədə nazirliyə istinadən xəbər verir. Xatırladaq ki, yarmarka paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) təşkil ediləcək, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək. Yarmarkaya bu il iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Yarmarkada iştirak etmək istəyən arıçılar 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-a qədər onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək. Bal nümunələrinin qəbulu 19-27 avqust tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar. Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446992712_112:0:1889:1333_1920x0_80_0_0_e62c663903c7582497c538f254f87ed6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bal, nümunə, yarmarka, azərbaycan, qeydiyyat, aqta, kənd təsərrüfatı nazirliyi
bal, nümunə, yarmarka, azərbaycan, qeydiyyat, aqta, kənd təsərrüfatı nazirliyi
Bal yarmarkasına qeydiyyat başladı
Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.
BAKI, 29 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə bu il sentyabrın 9-29-da Bakıda keçiriləcək arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayıb.
Sputnik Azərbaycan bu barədə nazirliyə istinadən xəbər verir.
Xatırladaq ki, yarmarka paytaxtın Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında ("Gənclik" metro stansiyasının yaxınlığı) təşkil ediləcək, arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq.
Builki yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək. Yarmarkaya bu il iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Yarmarkada iştirak etmək istəyən arıçılar 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-a qədər onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Bal nümunələrinin qəbulu 19-27 avqust tarixləri arasında baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.
Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.