Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Qərb Ukrayna vasitəsilə Rusiyanın enerji əməkdaşlığını pozmaq istəyir

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 28.07.2024
Abunə olmaq
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
BAKI, 28 iyul - Sputnik. Qərb ölkələri, xüsusən də ABŞ və Böyük Britaniya Ukraynanın köməyi ilə Rusiya ilə Avropa ölkələri arasında enerji sahəsində əməkdaşlığı pozmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində deyib.
"Qondarma kollektiv Qərbin vəzifələrindən biri Rusiya Federasiyasının Qərbi Avropa ölkələri ilə sabit enerji qarşılıqlı əlaqəsini sonsuz turbulentlik zonasına çevirmək idi" – Zaxarova bildirib.
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
Bundan əvvəl Ukraynanın Rusiya neftinin tranzitini dayandırmaqla Macarıstanı enerji böhranı astanasına qoyduğu bildirilib. Ancaq Kiyevin qərarının Rusiya iqtisadiyyatı üçün heç bir nəticəsi olmayacaq.
Xəbər lenti
0