https://sputnik.az/20240726/xhe-rusiya-ordusunun-seversk-ve-uqledara-dogru-irelilemesi-466239225.html
XHƏ: Rusiya ordusunun Seversk və Uqledara doğru irəliləməsi
XHƏ: Rusiya ordusunun Seversk və Uqledara doğru irəliləməsi
Sputnik Azərbaycan
Sputnik-in hərbi icmalçısı qeyd edib ki, İngiltərə Baş Qərargahının yeni rəisi Roli Voker 2027-2028-ci illərdə Rusiya, Çin, İran və Şimali Koreya ilə... 26.07.2024, Sputnik Azərbaycan
2024-07-26T08:43+0400
2024-07-26T08:43+0400
2024-07-26T08:43+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
nato
nato
rusiya
baş qərargah rəisi
baş qərargah
silahlı qüvvələr
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464953950_0:160:3072:1888_1920x0_80_0_0_599b5a6164ad94ca055517f37f0e6378.jpg
Rusiya Federasiyası Silahlı Qüvvələri metodik olaraq Donbas və digər bölgələrin ərazilərini banderaçılardan azad edir, NATO planlarına uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni "əks-hücum"u üçün lazım olan aerodromları, arsenalları və ehtiyatları məhv edirlər. Rusiya qoşunları son üç gündə Donetskdə İvano-Daryevka, Luqanskda Rozovka və Xarkov vilayətindəki Pesçanoye Nijneye yaşayış məntəqələrini azad ediblər. Onlar Seversk və Uqledar istiqamətində nəzərəçarpacaq dərəcədə irəliləyiblər və iyulun 23-də Uqledar-Maryinka avtomobil yoluna çıxıblar. Eyni zamanda, Ukrayna ordusu və NATO mütəxəssisləri canlı qüvvədə və hərbi texnikada xeyli itki verib. Severski əməliyyat istiqamətində Rusiya Silahlı Qüvvələri həftənin əvvəlindən təxminən 10 kvadratmetr ərazini azad edib və USQ-nin bir neçə dayaq məntəqəsini məhv ediblər. Azad edilmiş İvano-Daryevkadan Seversk şəhərinin kənarına qədər 8 km-dən az olan məsafəni qət etmək qalır və bu, şərqdən Slavyanska qədər ən qısa yoldur. Tula desant qüvvələri sırağagün banderaçıları Pereyezdnoye kəndi yaxınlığındakı dayaq məntəqəsindən çıxarıblar, yəni cənubdan Severski istiqamətində irəliləyiblər. Rusiya qoşunlarının hücumları altında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin ümidsizliklə öz mövqelərində qalmağa çalışdıqları Çasov Yar ərazisində də müsbət dinamika müşahidə olunur. Toretsk şəhərinin şərq ətraflarında sırağagün Rusiya Silahlı Qüvvələrinin bölmələri eni təxminən 3,5 km və dərinliyi 1 km olan ərazini nəzarət altına götürüblər. Rusiya qoşunları Toretskdən 3 km cənubda yerləşən Nyu-York kəndinin mərkəzi hissəsində döyüşərək qabağa gediblər. Kuraxovski istiqamətində Rusiya bölmələri Maksimilyanovka kəndi ərazisində 3 km-dən çox dərinliyə qədər irəliləyiblər. Pokrovski və Kupyansk istiqamətlərində aktiv döyüşlər davam edir. İyulun 22-də düşmən Kupyanskdan 7 km şimal-şərqdə yerləşən Sinkovka kəndinin şimal hissəsindən uzaqlaşdırılıb. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini İqor Romanenko radioda Ukrayna qoşun qruplaşmasının Kupyansk bölgəsində mühasirəyə alınması təhlükəsi barədə məlumat verib. Qaçılmaz qisas Düşmənin dərin operativ arxa cəbhəsində USQ-nin və NATO mütəxəssislərinin ehtiyatlarının məhv edilməsi davam edir. İyulun 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyev, Dnepropetrovsk, Poltava, Xarkov və Odessa vilayətlərindəki hərbi hədəflərə raket zərbələri endiriblər. "İsgəndər-M" operativ-taktiki raket kompleksinin dünən endirdiyi zərbə nəticəsində 63-cü ayrı motoatıcı briqadanın komanda məntəqəsi əməliyyat heyəti ilə birlikdə, pilotsuz uçuş aparatının (PUA, dron) idarəetmə məntəqəsinin iki komanda-qərargah maşını, 10 təyyarə tipli dronu və 300-dən çox FPV-dronu məhv edilib. Sırağagün "İskəndər"in müvəqqəti yerləşdirmə məntəqəsinə endirilən zərbəsi ilə Xarkov yaxınlığında 60-dan çox xarici "təlimatçı" məhv edilib, bu, 2024-cü ildə alyans mütəxəssislərinin ən böyük kütləvi ölümüdür. Bu yaxınlarda Odessada Rusiyanın "İskəndər"i İngiltərənin iyirmi "SAS" döyüşçüsünü və Xarici legiondan olan fransız hərbçilərini ("Əlcəzairdəkindən daha çox") məhv edib. Xüsusi hərbi əməliyyatın (XHƏ) başlamasından indiyədək bütün zolaqlardan 6000-dən çox əcnəbi muzdlu darmadağın edilib. İyulun 23-də Ukraynanın Nikolayev vilayətindəki Voznesensk hərbi aerodromunda Rusiyanın endirdiyi zərbədən sonra təxminən 30 hektar ərazidə apokalipsis yanğın təxminən bir gün davam edib. Yerli hakimiyyət əhaliyə "partlayıcının işə düşmə təhlükəsi" barədə xəbərdarlıq edib. Zərbə zamanı aerodromda USQ-nin iki qırıcısı və aviasiya sursatları olub. Voznesensk cəbhə xəttindən 150 km-dən aralıda yerləşir. Rusiya ordusu iyulun 22-də USQ-nin Xarkov və Kramatorskdakı ehtiyatlarını, Ukrayna-Belarus sərhədindən "şərq cəbhəsinə" köçürülmüş banderaçılar da daxil olmaqla raket və artilleriya zərbələri ilə "demilitarizasiya edib". Bu yaxınlarda USQ-nin Dnepropetrovsk vilayətindən Çasov Yara köçürülmüş 41-ci ayrı motoatıcı briqadasınnın şəxsi heyəti və texnikası ilə birlikdə dəmir yolu heyəti Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalın. Bundan əlavə, düşmənin maddi-texniki infrastrukturunu məhv etmək üçün Kiyev-Xarkov və Xarkov-Kramatorsk dəmir yollarının hissələri sıradan çıxarılıb. Kiyev rejimi və NATO üçün bu apokalipsis fonunda vaxtı bitmiş banderaçı lider Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin komandanlığına 2024-cü ilin payızında və ya gələn ilin yazında "yeni əks-hücum" vəzifəsini qoyur - bu hələ aydın deyil. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də uğursuzluqları optimist qiymətləndirərək "The Guardian"a verdiyi müsahibədə deyir: "Mən bilirəm ki, biz qalib gələcəyik". Sırski, 2022-ci ildən bəri Rusiya tanklarının sayının "iki dəfə" (1700-dən 3500 ədədə qədər) və artilleriya sistemlərinin üç dəfə artdığını (hansı ki, Rusiya ordusunun XHƏ-nin başlanğıcında da altı dəfə çox olub) qeyd edərək, öz-özü ilə razılaşmır. Kiyev rejiminin nümayəndələrinin "Krımın geri qaytarılması" və 1991-ci il sərhədləri ilə bağlı ağlasığmaz hərəkətləri XHƏ zamanı üç dəfə məhv edilmiş Ukrayna ordusunun faktiki könüllülərini və döyüş ruhunu artırmır. Müharibə Kiyev rejiminin və kollektiv Qərbin ixtiyarında olmayan resurslar və vaxt deməkdir. Rusiya ilə proksi-müharibəsində NATO ölkələrinin təlim keçmiş ehtiyatları, maddi vəsait, hərbi sənaye kompleksi imkanları, yəni artilleriya mərmiləri və zirehli texnikası yoxdur. Buna görə də ABŞ və NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavoli perspektivləri daha obyektiv qiymətləndirir: "Biz illüziyalara qapıla bilmərik. Ukraynadakı münaqişənin sonunda... bizim çox böyük Rusiya problemimiz olacaq. Rusiyanın öz gücünü bərpa edəcəyi, NATO sərhədlərinə çatacağı bir vəziyyət olacaq və onlar bizim düşmən olduğumuza, hətta qəddar olduğumuza əmin olacaqlar". Bundesverin baş müfəttişi Karsten Broyer iyulun 23-də bildirib ki, Rusiya ordusu hər il 1500-ə qədər tank alır və NATO ilə Rusiya arasında "5-8 ildən sonra" birbaşa hərbi münaqişə olacağını proqnozlaşdırır. İngiltərə Baş Qərargahının yeni rəisi Roli Voker həmçinin 2027-2028-ci illərdə Rusiya, Çin, İran və Şimali Koreya ilə müharibəyə hazırlaşmağa çağırıb. Həqiqətən də, dərketmə qabiliyyətin itməsi bədheybətin yaranmasına səbəb olur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/1b/464953950_171:0:2902:2048_1920x0_80_0_0_f8c4a2b225812e2db22ddf4bad9badc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xüsusi hərbi əməliyyat, nato, nato, rusiya, baş qərargah rəisi, baş qərargah, silahlı qüvvələr
xüsusi hərbi əməliyyat, nato, nato, rusiya, baş qərargah rəisi, baş qərargah, silahlı qüvvələr
XHƏ: Rusiya ordusunun Seversk və Uqledara doğru irəliləməsi
Sputnik-in hərbi icmalçısı qeyd edib ki, İngiltərə Baş Qərargahının yeni rəisi Roli Voker 2027-2028-ci illərdə Rusiya, Çin, İran və Şimali Koreya ilə müharibəyə hazırlaşmağa çağırıb.
Rusiya Federasiyası Silahlı Qüvvələri metodik olaraq Donbas və digər bölgələrin ərazilərini banderaçılardan azad edir, NATO planlarına uyğun olaraq Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni "əks-hücum"u üçün lazım olan aerodromları, arsenalları və ehtiyatları məhv edirlər.
Rusiya qoşunları son üç gündə Donetskdə İvano-Daryevka, Luqanskda Rozovka və Xarkov vilayətindəki Pesçanoye Nijneye yaşayış məntəqələrini azad ediblər. Onlar Seversk və Uqledar istiqamətində nəzərəçarpacaq dərəcədə irəliləyiblər və iyulun 23-də Uqledar-Maryinka avtomobil yoluna çıxıblar. Eyni zamanda, Ukrayna ordusu və NATO mütəxəssisləri canlı qüvvədə və hərbi texnikada xeyli itki verib.
Severski əməliyyat istiqamətində Rusiya Silahlı Qüvvələri həftənin əvvəlindən təxminən 10 kvadratmetr ərazini azad edib və USQ-nin bir neçə dayaq məntəqəsini məhv ediblər. Azad edilmiş İvano-Daryevkadan Seversk şəhərinin kənarına qədər 8 km-dən az olan məsafəni qət etmək qalır və bu, şərqdən Slavyanska qədər ən qısa yoldur. Tula desant qüvvələri sırağagün banderaçıları Pereyezdnoye kəndi yaxınlığındakı dayaq məntəqəsindən çıxarıblar, yəni cənubdan Severski istiqamətində irəliləyiblər. Rusiya qoşunlarının hücumları altında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin ümidsizliklə öz mövqelərində qalmağa çalışdıqları Çasov Yar ərazisində də müsbət dinamika müşahidə olunur.
Toretsk şəhərinin şərq ətraflarında sırağagün Rusiya Silahlı Qüvvələrinin bölmələri eni təxminən 3,5 km və dərinliyi 1 km olan ərazini nəzarət altına götürüblər. Rusiya qoşunları Toretskdən 3 km cənubda yerləşən Nyu-York kəndinin mərkəzi hissəsində döyüşərək qabağa gediblər.
Kuraxovski istiqamətində Rusiya bölmələri Maksimilyanovka kəndi ərazisində 3 km-dən çox dərinliyə qədər irəliləyiblər. Pokrovski və Kupyansk istiqamətlərində aktiv döyüşlər davam edir. İyulun 22-də düşmən Kupyanskdan 7 km şimal-şərqdə yerləşən Sinkovka kəndinin şimal hissəsindən uzaqlaşdırılıb. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini İqor Romanenko radioda Ukrayna qoşun qruplaşmasının Kupyansk bölgəsində mühasirəyə alınması təhlükəsi barədə məlumat verib.
Düşmənin dərin operativ arxa cəbhəsində USQ-nin və NATO mütəxəssislərinin ehtiyatlarının məhv edilməsi davam edir. İyulun 24-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyev, Dnepropetrovsk, Poltava, Xarkov və Odessa vilayətlərindəki hərbi hədəflərə raket zərbələri endiriblər.
"İsgəndər-M" operativ-taktiki raket kompleksinin dünən endirdiyi zərbə nəticəsində 63-cü ayrı motoatıcı briqadanın komanda məntəqəsi əməliyyat heyəti ilə birlikdə, pilotsuz uçuş aparatının (PUA, dron) idarəetmə məntəqəsinin iki komanda-qərargah maşını, 10 təyyarə tipli dronu və 300-dən çox FPV-dronu məhv edilib.
Sırağagün "İskəndər"in müvəqqəti yerləşdirmə məntəqəsinə endirilən zərbəsi ilə Xarkov yaxınlığında 60-dan çox xarici "təlimatçı" məhv edilib, bu, 2024-cü ildə alyans mütəxəssislərinin ən böyük kütləvi ölümüdür. Bu yaxınlarda Odessada Rusiyanın "İskəndər"i İngiltərənin iyirmi "SAS" döyüşçüsünü və Xarici legiondan olan fransız hərbçilərini ("Əlcəzairdəkindən daha çox") məhv edib. Xüsusi hərbi əməliyyatın (XHƏ) başlamasından indiyədək bütün zolaqlardan 6000-dən çox əcnəbi muzdlu darmadağın edilib.
İyulun 23-də Ukraynanın Nikolayev vilayətindəki Voznesensk hərbi aerodromunda Rusiyanın endirdiyi zərbədən sonra təxminən 30 hektar ərazidə apokalipsis yanğın təxminən bir gün davam edib. Yerli hakimiyyət əhaliyə "partlayıcının işə düşmə təhlükəsi" barədə xəbərdarlıq edib. Zərbə zamanı aerodromda USQ-nin iki qırıcısı və aviasiya sursatları olub. Voznesensk cəbhə xəttindən 150 km-dən aralıda yerləşir.
Rusiya ordusu iyulun 22-də USQ-nin Xarkov və Kramatorskdakı ehtiyatlarını, Ukrayna-Belarus sərhədindən "şərq cəbhəsinə" köçürülmüş banderaçılar da daxil olmaqla raket və artilleriya zərbələri ilə "demilitarizasiya edib". Bu yaxınlarda USQ-nin Dnepropetrovsk vilayətindən Çasov Yara köçürülmüş 41-ci ayrı motoatıcı briqadasınnın şəxsi heyəti və texnikası ilə birlikdə dəmir yolu heyəti Rusiya Silahlı Qüvvələrinin hücumuna məruz qalın. Bundan əlavə, düşmənin maddi-texniki infrastrukturunu məhv etmək üçün Kiyev-Xarkov və Xarkov-Kramatorsk dəmir yollarının hissələri sıradan çıxarılıb.
Kiyev rejimi və NATO üçün bu apokalipsis fonunda vaxtı bitmiş banderaçı lider Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin komandanlığına 2024-cü ilin payızında və ya gələn ilin yazında "yeni əks-hücum" vəzifəsini qoyur - bu hələ aydın deyil. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də uğursuzluqları optimist qiymətləndirərək "The Guardian"a verdiyi müsahibədə deyir: "Mən bilirəm ki, biz qalib gələcəyik".
Sırski, 2022-ci ildən bəri Rusiya tanklarının sayının "iki dəfə" (1700-dən 3500 ədədə qədər) və artilleriya sistemlərinin üç dəfə artdığını (hansı ki, Rusiya ordusunun XHƏ-nin başlanğıcında da altı dəfə çox olub) qeyd edərək, öz-özü ilə razılaşmır. Kiyev rejiminin nümayəndələrinin "Krımın geri qaytarılması" və 1991-ci il sərhədləri ilə bağlı ağlasığmaz hərəkətləri XHƏ zamanı üç dəfə məhv edilmiş Ukrayna ordusunun faktiki könüllülərini və döyüş ruhunu artırmır.
Müharibə Kiyev rejiminin və kollektiv Qərbin ixtiyarında olmayan resurslar və vaxt deməkdir. Rusiya ilə proksi-müharibəsində NATO ölkələrinin təlim keçmiş ehtiyatları, maddi vəsait, hərbi sənaye kompleksi imkanları, yəni artilleriya mərmiləri və zirehli texnikası yoxdur. Buna görə də ABŞ və NATO-nun Avropadakı qüvvələrinin komandanı, general Kristofer Kavoli perspektivləri daha obyektiv qiymətləndirir: "Biz illüziyalara qapıla bilmərik. Ukraynadakı münaqişənin sonunda... bizim çox böyük Rusiya problemimiz olacaq. Rusiyanın öz gücünü bərpa edəcəyi, NATO sərhədlərinə çatacağı bir vəziyyət olacaq və onlar bizim düşmən olduğumuza, hətta qəddar olduğumuza əmin olacaqlar".
Bundesverin baş müfəttişi Karsten Broyer iyulun 23-də bildirib ki, Rusiya ordusu hər il 1500-ə qədər tank alır və NATO ilə Rusiya arasında "5-8 ildən sonra" birbaşa hərbi münaqişə olacağını proqnozlaşdırır. İngiltərə Baş Qərargahının yeni rəisi Roli Voker həmçinin 2027-2028-ci illərdə Rusiya, Çin, İran və Şimali Koreya ilə müharibəyə hazırlaşmağa çağırıb. Həqiqətən də, dərketmə qabiliyyətin itməsi bədheybətin yaranmasına səbəb olur.