https://sputnik.az/20240726/peskov-qanunvericilik-tenzimlemesi-internet-sahesinde-de-tetbiq-edilmelidir-466273864.html
Peskov: Qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir
Peskov: Qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir
Sputnik Azərbaycan
Kreml rəsmisi qeyd edib ki, istər ənənəvi mediada, istərsə də internetdə informasiyanı tənzimləyən tam bir qanunlar toplusu mövcuddur. 26.07.2024, Sputnik Azərbaycan
2024-07-26T14:36+0400
2024-07-26T14:36+0400
2024-07-26T14:36+0400
peskov
rusiya
internet
qanun
bloger
məlumat
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444210_0:160:3072:1888_1920x0_80_0_0_42035514bf449b4e904805df0de469a2.jpg
BAKI, 26 iyul — Sputnik. İnformasiya sahəsindəki qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir. Bu proses davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Yeni Media Festivalı"nın iştirakçıları ilə görüş zamanı bildirib. Peskov onu da qeyd edib ki, istər ənənəvi mediada, istərsə də internetdə informasiyanı tənzimləyən tam bir qanunlar toplusu mövcuddur. "Bir çox cəhətdən bu artıq bərabərlik işarəsi ilə gedir. Söhbət bu və ya digərini ləkələyən məlumatlardan gedir - istər dövlət qulluqçusu olsun, istərsə də xüsusi hərbi əməliyyat olsun və s. Etik normalar da var. Hətta bildiyimə görə, onlar kağız üzərində əks edilib", - o bildirib. Sözünə davam edən Rusiya prezidentinin mətbuat katibi onu da bildirib ki, blogerlik inkişaf etməyə davam edəcək. Eyni zamanda o, yüksək keyfiyyətli blogerliə tələbatın artacağına ümid etdiyini bildirib. Peskov qeyd edib ki, insanlar həmişə özləri haqqında danışmaq, ətraflarında gördükləri haqqında söhbət açmaq, müəyyən hadisələri müzakirə etmək istəyiblər. Bundan əvvəl Peskov Kiyev rejiminin Avropada nasizmin dirçəlməsinin beşiyinə çevrildiyini bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449444210_171:0:2902:2048_1920x0_80_0_0_20d41b1ebd15ecabedbd09c2a10a7d99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
peskov, internet, qanun, bloger, məlumat
peskov, internet, qanun, bloger, məlumat
Peskov: Qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir
Kreml rəsmisi qeyd edib ki, istər ənənəvi mediada, istərsə də internetdə informasiyanı tənzimləyən tam bir qanunlar toplusu mövcuddur.
BAKI, 26 iyul — Sputnik. İnformasiya sahəsindəki qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir. Bu proses davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Yeni Media Festivalı"nın iştirakçıları ilə görüş zamanı bildirib.
"İnternetdə baş verən hər şey birbaşa həyatla bağlıdır. Əgər həyatda hər şey qanunla tənzimlənirsə, qanunvericilik, sadəcə olaraq genişlənməlidir. Biz bu prosesi görürük, bu prosesdə iştirak edirik - qanunvericilik tənzimləməsi internet sahəsində də tətbiq edilməlidir", - Kreml rəsmisi bildirib.
Peskov onu da qeyd edib ki, istər ənənəvi mediada, istərsə də internetdə informasiyanı tənzimləyən tam bir qanunlar toplusu mövcuddur.
"Bir çox cəhətdən bu artıq bərabərlik işarəsi ilə gedir. Söhbət bu və ya digərini ləkələyən məlumatlardan gedir - istər dövlət qulluqçusu olsun, istərsə də xüsusi hərbi əməliyyat olsun və s. Etik normalar da var. Hətta bildiyimə görə, onlar kağız üzərində əks edilib", - o bildirib.
Sözünə davam edən Rusiya prezidentinin mətbuat katibi onu da bildirib ki, blogerlik inkişaf etməyə davam edəcək. Eyni zamanda o, yüksək keyfiyyətli blogerliə tələbatın artacağına ümid etdiyini bildirib.
Peskov qeyd edib ki, insanlar həmişə özləri haqqında danışmaq, ətraflarında gördükləri haqqında söhbət açmaq, müəyyən hadisələri müzakirə etmək istəyiblər.
"Üstəlik, müasir məlumat çatdırma vasitələri, internet hər hansı bir fərdin faktiki olaraq media ilə bir sırada olmasına imkan verdikdə, blogerlik yalnız inkişaf edəcək. Ümid edirəm ki, uşaqlarda diqqətin yayınması sindromuna səbəb olan blogerlikdən daha çox keyfiyyətli blogerliyə tələbat artacaq", - o, sözünü yekunlaşdırıb.
Bundan əvvəl Peskov Kiyev rejiminin Avropada nasizmin dirçəlməsinin beşiyinə çevrildiyini bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.