Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin diqqətinə: MİQ üzrə müsahibənin nəticələri elan olunub

© Sputnik / Murad OrujovMiq.edu.az saytının istifadəçisi
Miq.edu.az saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
BAKI, 27 avqust — Sputnik. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Sputnik Azərbaycan-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb. Müsahibələrdə uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq. Qeyd edilib ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.
Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Bildirilib ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.
26.07.24, 11:42
MİQ imtahanlarında iki test tapşırığında doğru cavab olmayıb
İbtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Nəticədə ibtidai sinif və biologiya fənləri üzrə iştirakçılara təqdim edilmiş test tapşırıqlarının birinin cavab variantları arasında doğru cavabın verilmədiyi aşkarlanıb. Doğru cavab təqdim olunmuş seçimlər arasında olmadığı üçün qeyd edilmiş tapşırıq üzrə nəticələr yenidən hesablanıb.
Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb.
İyulun 2-10-da təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0