Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bu avtobus marşrutlarının istiqaməti dəyişdi

Bakubus - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.
BAKI, 26 iyul — Sputnik. Bu gün Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şossesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0