Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb

© iStock.com / Drazen Zigictələbə
tələbə - Sputnik Azərbaycan, 1920, 12.08.2024
Abunə olmaq
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli prezidentin sərəncamını şərh edib.
BAKI, 12 avqust — Sputnik. Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncama dəyişikliyini şərh edib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında əsas dəyişikliklərdən birinin proqramın müddətinin uzadılması olduğunu bildirib:
"Dövlət Proqramının müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib. İkincisi isə gənclərin sayının artırılaraq 400-dən 500-ə çatdırılmasıdır. Eyni zamanda doktorantura pilləsinin də Dövlət Proqramına əlavə edilməsidir. Növbəti ildən təhsilin bu səviyyəsi maliyyələşdiriləcək. Bu dəyişiklik gənclərin inkişafına yönəlik mühüm dəyişiklikdir".
Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib ki, xaricdə təhsilə dair Dövlət Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb. Onun sözlərinə görə, seçilənlərin 75%-i magistratura, 25%-i isə bakalavriat üzrə təhsil alacaq. Bundan əvvəl müsbət nəticə alan və gözləmə siyasında olan tələbələr də bu gün Dövlət Proqramına edilən dəyişikliklə təhsil alacaq 500-dək tələbənin sırasında yer ala bilər. Dövlət hesabına xaricdə təhsil alacaq şəxslərin növbəti siyahısı yaxın vaxtlarda təsdiqlənəcək.
Qeyd edək ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb. Prezident İlham Əliyev bununla bağlı "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nda "2022–2026-cı" sözləri "2022–2028-ci" sözləri ilə əvəz edilib. Bundan əlavə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin sayı 400-dən 500-ə qaldırılıb.
Dəyişikliklə Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək.
Dövlət Proqramında qeyd edilib ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.
25.07.24, 18:34
Xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqlənib
Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.
Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.
Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Təqaüd qazanan gənclər "Harvard University", "Massachusetts Institute of Technology", "Columbia University", "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Qeyd edilib ki, 2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı" əsasında həyata keçirilir.
Xəbər lenti
0