https://sputnik.az/20240725/moskva-umid-edir-ki-ermenistan-kiyev-rejiminin-yolu-ile-getmeyecek---peskov-466242145.html
Moskva ümid edir ki, Ermənistan Kiyev rejiminin yolu ilə getməyəcək - Peskov
Moskva ümid edir ki, Ermənistan Kiyev rejiminin yolu ilə getməyəcək - Peskov
Sputnik Azərbaycan
Kremlin sözçüsü bildirib ki, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir. 25.07.2024, Sputnik Azərbaycan
2024-07-25T19:46+0400
2024-07-25T19:46+0400
2024-07-25T19:46+0400
peskov
rusiya
dmitri peskov
dmitri peskov
ermənistan
kiyev
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156193_0:0:3072:1728_1920x0_80_0_0_63b2958d379edaa761aea12c51612d3c.jpg
BAKI, 25 iyul — Sputnik. Moskva ümid edir ki, Ermənistan tərəfdaş axtarışında Qərb və Rusiya arasında seçim edərkən Kiyev rejiminin yolu ilə getməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Aİ-nin Ermənistana 10 milyon avro dəyərində hərbi-texniki yardımını şərh edərkən bildirib. "Biz Ermənistanın siyasi müdrikliyinə güvənirik, bu cür axtarışlara hörmətlə. Sadəcə olaraq, bu axtarışların Kiyev rejiminin bir vaxtlar seçdiyi "ya-ya da" alternativsizliyində aparılmasını istəməzdik. Bu siyasi baxış bizim görmək istədiyimiz şey deyil", – Peskov bildirib. Peskov eyni zamanda qeyd edib ki, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir. O, Ermənistanın Rusiya üçün müttəfiq və qardaş ölkə olduğunu da vurğulayıb. Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı bildirib ki, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.
kiyev
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156193_341:0:3072:2048_1920x0_80_0_0_629baa00139d935ba986a13d948fd445.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, dmitri peskov, dmitri peskov, ermənistan, kiyev, kiyev
peskov, dmitri peskov, dmitri peskov, ermənistan, kiyev, kiyev
Moskva ümid edir ki, Ermənistan Kiyev rejiminin yolu ilə getməyəcək - Peskov
Kremlin sözçüsü bildirib ki, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir.
BAKI, 25 iyul — Sputnik. Moskva ümid edir ki, Ermənistan tərəfdaş axtarışında Qərb və Rusiya arasında seçim edərkən Kiyev rejiminin yolu ilə getməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Aİ-nin Ermənistana 10 milyon avro dəyərində hərbi-texniki yardımını şərh edərkən bildirib.
"Biz Ermənistanın siyasi müdrikliyinə güvənirik, bu cür axtarışlara hörmətlə. Sadəcə olaraq, bu axtarışların Kiyev rejiminin bir vaxtlar seçdiyi "ya-ya da" alternativsizliyində aparılmasını istəməzdik. Bu siyasi baxış bizim görmək istədiyimiz şey deyil", – Peskov bildirib.
Peskov eyni zamanda qeyd edib ki, Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir. O, Ermənistanın Rusiya üçün müttəfiq və qardaş ölkə olduğunu da vurğulayıb.
Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı bildirib ki, Fransa tərəfindən Ermənistanın "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.