SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan sülh müqaviləsinə dair növbəti təkliflərini Azərbaycana göndərib

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları
Azərbaycan və Ermənistan bayraqları - Sputnik Azərbaycan, 1920, 31.08.2024
Abunə olmaq
Paşinyan deyib ki, onlar əvvəl sənədi imzalayıb ratifikasiya etmək istəyirlər. Qalan məsələləri isə daha sonra razılaşdırmaq olar.
BAKI, 31 avqust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini göndərdiklərini açıqlayıb.
"Biz ötən gün rəsmi Bakıya Sülh müqaviləsinə dair növbəti təklifləri təqdim etmişik" - Sputnik Ermənistan Paşinyandan sitat gətirib.
O qeyd edib ki, sülh razılaşmasının yekun variantında mündəricat da daxil olmaqla, mövcud 17 bənddən 13-ü artıq razılaşdırılıb.
Ermənistanın hökumət başçısının sözlərinə görə, sənəddəki bəndlərdə yer alan bir çox anlayışlar üzrə də razılıq əldə olunub:
“Bəndlərdəki bir çox anlayışlar razılaşdırılıb. Bizim təklifimiz ondan ibarətdir ki, razılaşdırılan bütün bəndlərin əsasında sülh müqaviləsini imzalayaq. Bunu ona görə vacib hesab edirik ki, bu bəndlərdə müqavilənin bütün əsas prinsipləri razılaşdırılıb. Ona görə də təklif edirik ki, sənədi imzalayıb ratifikasiya edək, digər məsələləri isə daha sonra razılaşdıraq”.
25.07.24, 20:38
Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketi hazırlayır
Ermənistan sülh müqaviləsi üzrə təkliflərdən ibarət cavab paketi hazırlayır. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
"Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir. Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır", Badalyan bildirib.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.
Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.
Xəbər lenti
0