Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya Ukraynadan 2-3 dəfə çox hərbi texnikaya malikdir - Sırskidən etiraf

© AP Photo / LIBKOSUSQ
USQ - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
Rusiya Ukrayna ilə münaqişədə çoxlu sayda hərbçilərə, eləcə də onları etibarlı silahlarla silahlandırmaq qabiliyyətinə görə üstündür.
BAKI, 24 iyul — Sputnik. Rusiya qoşunları Ukraynanınkından 2-3 dəfə çox hərbi texnikaya malikdir.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.
"Söhbət texnologiyaya gəldikdə, nisbət onların xeyrinə "ikidə bir" və ya "üçdə birdir" – o, "Guardian" qəzetinə müsahibəsində bildirib.
Sırski əlavə edib ki, Rusiya texnikasının sayı 2022-ci ildən başlayaraq artıb: məsələn, tanklar iki dəfə, artilleriya sistemləri üç dəfə çoxalıb.
Bundan əvvəl "Wall Street" qəzeti ekspertlərə istinadən bəyan etmişdi ki, Rusiya Ukrayna ilə münaqişədə çoxlu sayda hərbçilərə, eləcə də onları etibarlı silahlarla silahlandırmaq qabiliyyətinə görə üstündür. Nəşr onu da qeyd edib ki, Rusiya iqtisadiyyatını "hərbi relslərə" keçməsi sayəsində Xüsusi hərbi əməliyyatda məqsədlərinə nail olur.
Xəbər lenti
0