https://sputnik.az/20240724/peskovdan-trampin-ukrayna-meselesinde-vasiteci-roluna-munasibet-466053333.html
Tramp Zelenskiyə Ukraynadakı münaqişə ilə bağlı həyəcan siqnalı göndərib
Tramp Zelenskiyə Ukraynadakı münaqişə ilə bağlı həyəcan siqnalı göndərib
Sputnik Azərbaycan
Tramp Vansı seçərkən Ukraynadakı münaqişəni necə həll edəcəyini açıq şəkildə bildirib. 24.07.2024, Sputnik Azərbaycan
2024-07-24T22:42+0400
2024-07-24T22:42+0400
2024-07-25T00:44+0400
dmitri peskov
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
viktor orban
rusiya
ukrayna
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454342795_0:0:3072:1728_1920x0_80_0_0_1e8f7030ccf5f64a124a1128f97de64b.jpg
BAKI, 24 iyul — Sputnik. Ağ Evin sabiq Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə senator Ceyms David Vansı ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçərkən ona aydın mesaj göndərib. Bu barədə İngiltərənin "Express" qəzeti yazır. Nəşr qeyd edib ki, Vans hələ də Kiyevə hərbi yardım göstərməyin əleyhdarı olaraq qalır. O, müntəzəm olaraq Vaşinqtonu Ukraynanı silahla təchiz etməyi dayandırmağa çağırır. Qəzet hesab edir ki, buna görə də Tramp onu vitse-prezident seçib. "Tramp Ceyms David Vansı vitse-prezident vəzifəsinə namizəd seçməklə münaqişəni necə həll edəcəyinə dair Ukraynaya daha bir aydın siqnal göndərib", "Express" nəşri yazır. Eyni zamanda Tramp dəfələrlə Kiyevə sonsuza qədər dəstək vermək niyyətində olmadığını da etiraf edib. Siyasətçi münaqişəni demək olar ki, hətta Ukraynanın xeyrinə olmasa belə istənilən şərtlərlə həll etmək istəyir. Ancaq Tramp əvvəlcə prezident seçkilərində qalib gəlməlidir. Bunu etmək isə asan deyil, nəzərə alsaq ki, o, hazırkı ABŞ lideri Co Bayden kimi dövlət başçısı vəzifəsinə yaşlı hesab olunub.17.07.24, 00:12Peskovdan Trampın Ukrayna məsələsində vasitəçi roluna münasibətRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın yenidən seçiləcəyi təqdirdə Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi ola biləcəyi ilə bağlı xəbərləri erkən məlumat adlandırıb. Onun sözlərinə görə, Rusiya "ABŞ-ın hazırkı administrasiyasının hələ də münaqişəni davam etdirməkdə israr etdiyi mövcud reallıqlardan çıxış edir. "İndi kimin nəyə hazır olması, kimin hansı mövqelərə sadiq qalması ilə bağlı çoxlu mülahizə və fərziyyələr var. Hazırda Donald Tramp ABŞ prezidentliyinə namizəddir. Gəlin seçkilərin nəticəsini gözləyək, amerikalı seçicilər gələcəklərini özləri həll edəcəklər", - Kremlin nümayəndəsi bildirib. İyulun 15-də Bild nəşri Macarıstanın baş naziri Viktor Orbanın Avropa Şurasının rəhbəri Şarl Mişelə məktubunun mətninə istinadən yazıb ki, Donald Tramp sülh yolu ilə həlli üçün vasitəçi ola bilər. ABŞ prezident seçkilərində qələbə qazandıqdan sonra keçmiş ABŞ prezidentinin bu mövzuda ətraflı və əsaslı planları var. İyulun əvvəlində Viktor Orban sülhməramlı missiya çərçivəsində Ukrayna, Rusiya və Çinə səfər edib. O, bu ölkələrin liderləri, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Trampla danışıqlar aparıb. Macarıstanın görüşlər nəticəsində formalaşan tövsiyələri ABŞ, Aİ, Çin və Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi ola biləcəyini nəzərdə tutur. Viktor Orban Avropa Şurasına münaqişənin həllinə yeni yanaşmalar hazırlamaq təklifi ilə çıxış edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1e/454342795_0:0:2732:2048_1920x0_80_0_0_542ba2ecd550437eb0b36ddece728d70.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, viktor orban, rusiya, ukrayna, donald tramp
dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, viktor orban, rusiya, ukrayna, donald tramp
Tramp Zelenskiyə Ukraynadakı münaqişə ilə bağlı həyəcan siqnalı göndərib
22:42 24.07.2024 (Yenilənib: 00:44 25.07.2024) Tramp Vansı seçərkən Ukraynadakı münaqişəni necə həll edəcəyini açıq şəkildə bildirib.
BAKI, 24 iyul — Sputnik. Ağ Evin sabiq Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskiyə senator Ceyms David Vansı ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçərkən ona aydın mesaj göndərib.
Bu barədə İngiltərənin "Express" qəzeti yazır. Nəşr qeyd edib ki, Vans hələ də Kiyevə hərbi yardım göstərməyin əleyhdarı olaraq qalır.
O, müntəzəm olaraq Vaşinqtonu Ukraynanı silahla təchiz etməyi dayandırmağa çağırır. Qəzet hesab edir ki, buna görə də Tramp onu vitse-prezident seçib.
"Tramp Ceyms David Vansı vitse-prezident vəzifəsinə namizəd seçməklə münaqişəni necə həll edəcəyinə dair Ukraynaya daha bir aydın siqnal göndərib", "Express" nəşri yazır.
Eyni zamanda Tramp dəfələrlə Kiyevə sonsuza qədər dəstək vermək niyyətində olmadığını da etiraf edib. Siyasətçi münaqişəni demək olar ki, hətta Ukraynanın xeyrinə olmasa belə istənilən şərtlərlə həll etmək istəyir. Ancaq Tramp əvvəlcə prezident seçkilərində qalib gəlməlidir. Bunu etmək isə asan deyil, nəzərə alsaq ki, o, hazırkı ABŞ lideri Co Bayden kimi dövlət başçısı vəzifəsinə yaşlı hesab olunub.
Peskovdan Trampın Ukrayna məsələsində vasitəçi roluna münasibət
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın yenidən seçiləcəyi təqdirdə Rusiya və Ukrayna arasında sülh danışıqlarında vasitəçi ola biləcəyi ilə bağlı xəbərləri erkən məlumat adlandırıb. Onun sözlərinə görə, Rusiya "ABŞ-ın hazırkı administrasiyasının hələ də münaqişəni davam etdirməkdə israr etdiyi mövcud reallıqlardan çıxış edir.
"İndi kimin nəyə hazır olması, kimin hansı mövqelərə sadiq qalması ilə bağlı çoxlu mülahizə və fərziyyələr var. Hazırda Donald Tramp ABŞ prezidentliyinə namizəddir. Gəlin seçkilərin nəticəsini gözləyək, amerikalı seçicilər gələcəklərini özləri həll edəcəklər", - Kremlin nümayəndəsi bildirib.
İyulun 15-də Bild nəşri Macarıstanın baş naziri Viktor Orbanın Avropa Şurasının rəhbəri Şarl Mişelə məktubunun mətninə istinadən yazıb ki, Donald Tramp sülh yolu ilə həlli üçün vasitəçi ola bilər. ABŞ prezident seçkilərində qələbə qazandıqdan sonra keçmiş ABŞ prezidentinin bu mövzuda ətraflı və əsaslı planları var.
İyulun əvvəlində Viktor Orban sülhməramlı missiya çərçivəsində Ukrayna, Rusiya və Çinə səfər edib. O, bu ölkələrin liderləri, həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Trampla danışıqlar aparıb. Macarıstanın görüşlər nəticəsində formalaşan tövsiyələri ABŞ, Aİ, Çin və Türkiyənin Ukrayna və Rusiya arasında danışıqlarda vasitəçi ola biləcəyini nəzərdə tutur. Viktor Orban Avropa Şurasına münaqişənin həllinə yeni yanaşmalar hazırlamaq təklifi ilə çıxış edib.