DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanı "rəqabətsiz seçki"yə görə tənqid edən ABŞ özü də eyni şeyi edir - Kiçik Kennedi

© AP Photo / Ted S. WarrenABŞ
ABŞ - Sputnik Azərbaycan, 1920, 25.08.2024
Abunə olmaq
Robert Kennedi bildirib ki, Rusiya və Ukrayna arasında sülh danışıqları Co Baydenin göstərişi ilə pozulur.
BAKI, 25 avqust — Sputnik. Rusiyada keçirilən seçkiləri guya rəqabətin olmaması səbəbindən tənqid edən ABŞ Demokrat Partiyasının nümayəndələri də siyasi rəqiblərindən yaxa qurtarmaq üçün öz nüfuzlarından istifadə edərək eyni şeyi edirlər.
Bunu xalqa müraciəti zamanı ABŞ prezidentliyinə keçmiş namizəd Robert Kennedi deyib.
O xatırladıb ki, Ağ Evin rəhbəri Co Bayden əvvəllər Rusiya lideri Vladimir Putinin prezident seçkilərindəki təsirli qələbəsini “lağa qoyub” və onu rəqiblərin ölkəyə girməsinə mane olmaqda ittiham edib.
"Ancaq burada, ABŞ-da, Demokratik partiyanın Milli Komitəsi də müxalifətçilərin bülletendə görünməsinə icazə vermədi" - kiçik Kennedi fikrini söyləyib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib. Mərkəzi Seçki Komissiyası Vladimir Putinin 87,28 faiz səs topladığını bildirib. Yekun seçici fəallığı 77,49% təşkil edib.
Bundan əvvəl kiçik Robert Kennedi Rusiya və Ukrayna arasında sülh danışıqlarının Co Baydenin göstərişi ilə pozulduğunu bildirmişdi.
24.07.24, 23:59
ABŞ-ı inqilab gözləyir
ABŞ-da müstəqil namizəd kimi prezidentlik yarışında iştirak edən Robert Kennedi ABŞ-ı inqilab gözlədiyini düşünür. Bu barədə o, X * sosial şəbəkəsində yazıb.
"Bu ölkədə inqilab başlayacaq. Sual budur ki, idealizmə və ya qaranlıq, reqressiv qüvvələrə söykənəcək. Seçim bizimdir" – o, bildirib.
Bundan əvvəl KİV-lər Kennedinin ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkilərdə namizədliyini dəstəkləyə biləcəyini yazmışdılar.
Xatırladaq ki, ABŞ-ın hazırkı lideri Co Bayden prezidentlik yarışından geri çəkilib. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. Bu yaxınlarda jurnalistlərin niyə seçkilərdə iştirak etməmək qərarına gəldiyini soruşduqda, Bayden, sadəcə gülüb. Yeri gəlmişkən - Tramp hesab edir ki, Harris seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ı məhv edəcək.
11.10.23, 07:59
Kiçik Kennedi ABŞ prezidentliyinə namizəd olacaq
ABŞ-ın 35-ci Prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi Amerika liderinin qarşıdan gələn seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir.
Bu barədə "TASS" xəbər verib.
Xatırladaq ki, bundan əvvəl o, ABŞ Demokrat Partiyasını təmsil etməyi planlaşdırırdı.
Siyasətçi Filadelfiyada tərəfdarları qarşısında çıxışı zamanı deyib: "Mən özümü seçkilərdə prezidentliyə müstəqil namizəd elan edirəm".
Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkilərində əsas namizəd hazırkı dövlət başçısı Co Baydendir.
Əvvəllər bildirilirdi ki, Amerika Demokratlar 2024-cü il seçkilərində Co Baydeni Mişel Obama ilə əvəz edə bilərlər.
Xəbər lenti
0