https://sputnik.az/20240723/solts-rusiya-qazini-adekvat-qiymete-almaq-istememekde-gunahlandirilib-466191801.html
Şolts Rusiya qazını adekvat qiymətə almaq istəməməkdə günahlandırılıb
Şolts Rusiya qazını adekvat qiymətə almaq istəməməkdə günahlandırılıb
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almaniya kanslerinin yalan söylədiyini vurğulayıb. 23.07.2024, Sputnik Azərbaycan
2024-07-23T22:30+0400
2024-07-23T22:30+0400
2024-07-23T22:30+0400
olaf şolts
rusiya
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya
qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124277_0:0:2840:1599_1920x0_80_0_0_388107aaec56ab5753511f5fe2018f27.jpg
BAKI, 23 iyul — Sputnik. Almaniya kansleri Olaf Şolts Almaniya vətəndaşlarının Rusiya qazını adekvat qiymətə almasını istəmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. Diplomatın sözlərinə görə, Berlin Almaniya vətəndaşlarını daim Rusiyanın guya mavi yanacağı tədarükünü dayandırdığına inandırır. Zaxarova isə bunun yalan olduğunu vurğulayıb. Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, onların fəaliyyəti bərpa oluna bilər. Bunun üçün bir neçə həftə lazımdır.Zaxarova onu da bildirib ki, Almaniya belə bir qərar verərsə, qaz tədarükü yenidən bərpa olunacaq. Bu yaxınlarda Rusiya Energetika Nazirliyi Qara dəniz və Baltikyanı ölkələrin limanlarında daşınmaqla Çinə neft ixracının artımını perspektivli hesab edib. Energetika nazirinin müavini Sergey Moçalnikov müvafiq təşəbbüsün həyata keçirilməsində Çin şirkətlərinə dəstək verməyə hazır olduğunu təsdiqləyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/14/443124277_109:0:2840:2048_1920x0_80_0_0_c248351e0629a50250216a489852f004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
olaf şolts, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya, qaz, qiymət
olaf şolts, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya, qaz, qiymət
Şolts Rusiya qazını adekvat qiymətə almaq istəməməkdə günahlandırılıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Almaniya kanslerinin yalan söylədiyini vurğulayıb.
BAKI, 23 iyul — Sputnik. Almaniya kansleri Olaf Şolts Almaniya vətəndaşlarının Rusiya qazını adekvat qiymətə almasını istəmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, Berlin Almaniya vətəndaşlarını daim Rusiyanın guya mavi yanacağı tədarükünü dayandırdığına inandırır. Zaxarova isə bunun yalan olduğunu vurğulayıb.
"Bütün deyilənlər doğru deyil. Bu, Almaniya hökumətinin, xüsusən də Şoltsun söylədiyi yalandır. Rusiya qaz tədarük edib, hətta SSRİ dövründən həmişə belə olub. Bu tədarükü heç vaxt kəsməyib. Yalnız "Şimal axını"na qarşı törədilmiş terror aktı bu tədarükləri dayandırıb", - Zaxarova bildirib.
Rusiya XİN-in nümayəndəsi əlavə edib ki, onların fəaliyyəti bərpa oluna bilər. Bunun üçün bir neçə həftə lazımdır.
Zaxarova onu da bildirib ki, Almaniya belə bir qərar verərsə, qaz tədarükü yenidən bərpa olunacaq.
Bu yaxınlarda Rusiya Energetika Nazirliyi Qara dəniz və Baltikyanı ölkələrin limanlarında daşınmaqla Çinə neft ixracının artımını perspektivli hesab edib. Energetika nazirinin müavini Sergey Moçalnikov müvafiq təşəbbüsün həyata keçirilməsində Çin şirkətlərinə dəstək verməyə hazır olduğunu təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.