https://sputnik.az/20240722/rusiya-mn-hhm-sistemleri-sutkada-163-ukrayna-dronunu-mehv-edib-466172092.html
Rusiya MN: HHM sistemləri sutkada 163 Ukrayna dronunu məhv edib
Rusiya MN: HHM sistemləri sutkada 163 Ukrayna dronunu məhv edib
Sputnik Azərbaycan
Ukrayna son 24 saat ərzində Rusiya şəhərlərində terror hücumları cəhdləri üçün digər silah növlərindən istifadə etməyib. 22.07.2024, Sputnik Azərbaycan
2024-07-22T22:59+0400
2024-07-22T22:59+0400
2024-07-22T22:59+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
xüsusi hərbi əməliyyat
ukrayna
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442763662_0:264:3172:2048_1920x0_80_0_0_a76a0c1e0798f77390188b83e0013a21.jpg
BAKI, 22 iyul — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutkada müxtəlif istiqamətlərdə Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA, dron) kütləvi hücumunu uğurla dəf edib. Ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 163 dronu məhv edilib, onlardan 80-i Rusiya Federasiyasının əraziləri üzərində olub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Hava hücumundan müdafiə sistemləri 163 pilotsuz uçuş aparatını məhv edib, onlardan 80-i Rusiya Federasiyasının ərazisində vurulub", nazirliyin məlumatında deyilir. Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, eyni müddətdə ABŞ-ın üç ATACMS raketi və eyni Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin (RYAS) altı mərmisi vurulub. USQ son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdləri və ya Rusiya şəhərlərində terror hücumları cəhdləri üçün digər silah növlərindən istifadə etməyib. 2024-cü il iyulun 21-də Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinə məxsus 400 tona yaxın mərmilərin saxlandığı anbarı məhv etdiyi məlum olub.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0a/442763662_0:0:2731:2048_1920x0_80_0_0_06060c4646779347f47278811b817f14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, abş
rusiya, xüsusi hərbi əməliyyat, ukrayna, abş
Rusiya MN: HHM sistemləri sutkada 163 Ukrayna dronunu məhv edib
Ukrayna son 24 saat ərzində Rusiya şəhərlərində terror hücumları cəhdləri üçün digər silah növlərindən istifadə etməyib.
BAKI, 22 iyul — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutkada müxtəlif istiqamətlərdə Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA, dron) kütləvi hücumunu uğurla dəf edib. Ümumilikdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) 163 dronu məhv edilib, onlardan 80-i Rusiya Federasiyasının əraziləri üzərində olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Hava hücumundan müdafiə sistemləri 163 pilotsuz uçuş aparatını məhv edib, onlardan 80-i Rusiya Federasiyasının ərazisində vurulub", nazirliyin məlumatında deyilir.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, eyni müddətdə ABŞ-ın üç ATACMS raketi və eyni Amerika istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin (RYAS) altı mərmisi vurulub. USQ son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdləri və ya Rusiya şəhərlərində terror hücumları cəhdləri üçün digər silah növlərindən istifadə etməyib.
2024-cü il iyulun 21-də Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinə məxsus 400 tona yaxın mərmilərin saxlandığı anbarı məhv etdiyi məlum olub.