Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

FTX terror törətmək üçün göndərilmiş partlayıcı maddələrin tədarükünün qarşısını alıb

© Sputnik / Дмитрий МакеевRusiya FTX-nın əməkdaşları, arxiv
Rusiya FTX-nın əməkdaşları, arxiv - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
Gözlənilən təxribat və terror aktlarının təşkilatçılarını və iştirakçılarını müəyyən etmək üçün təhlükəsizlik orqanları müvafiq Avropa kəşfiyyat xidmətlərinə müraciət edib.
BAKI, 22 iyul — Sputnik. Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Almaniya və İtaliyadan Rusiyaya terror aktları törətmək üçün nəzərdə tutulmuş partlayıcı maddələrin və elektrik detonatorlarının tədarükünün qarşısını alıb. Bu arədə Rusiya KİV-i məlumat yayıb.
"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sankt-Peterburq ərazisində silsilə terror aktları törətmək məqsədilə Rusiyaya partlayıcı maddələrin və elektrik detonatorlarının çatdırılması üçün üsul aşkarlayıb. Terror hücum vasitələri İtaliya və Almaniyadan mərhələli şəkildə bir neçə poçt göndərişində (bağlamada) daşınaraq avtomobil ehtiyat hissələrinin boşluqlarında gizlədilib", - məlumatda deyilir.
Gözlənilən təxribat və terror aktlarının təşkilatçılarını və iştirakçılarını müəyyən etmək üçün təhlükəsizlik orqanları müvafiq Avropa kəşfiyyat xidmətlərinə müraciət edib. Bu günədək bu müraciətlər cavabsız qalıb.
Qeyd edilir ki, partlayıcı maddələrin Avropadan Rusiyaya daşınması üçün oxşar sxem artıq 2023-cü ilin aprelində Krımda aşkar edilib.
Terror aktı hazırlayanlar müəyyən edilərək saxlanılıb, onların fəaliyyətinə isə Rusiyada axtarışda olan Vladimir Zelenskinin ofis rəhbərinin müavini Roman Maşovets nəzarət edib.
Sankt-Peterburqda terror vasitələrinin aşkarlanmasından sonra Federal Təhlükəsizlik Xidmətinin istintaq orqanları 226.1-ci ("Partlayıcı maddələrin qaçaqmalçılığı") maddəsi ilə cinayət işi açıblar.
Xəbər lenti
0