DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın dövlət borcu Zelenskinin dövründə iki dəfə artıb

© AFP 2024 / MANDEL NGANUkrayna bayrağı, arxiv
Ukrayna bayrağı, arxiv - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Ukraynanın bütün tarixi boyu ən az borc götürən prezident Leonid Kuçma olub.
BAKI, 5 avqust - Sputnik. Ukraynanın dövlət borcu artmaqda davam edir. Bu barədə "RİA Novosti" ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Vladimir Zelenskinin prezidentliyi dövründə bu rəqəm xeyli, təxminən 74 milyard dollar artıb. Hazırda borc 152,2 milyard dollar (ÜDM-in 88,4 faizi) təşkil edib. Xarici dövlət borcu 59,5 milyard dollar, daxili borc isə 14,4 milyard dollar artıb.
Ukraynanın bütün tarixində ilk Prezident Leonid Kuçma ən az borc götürüb. O, təxminən 400 milyon dollar borc götürüb.
Bu göstərici üzrə əvvəlki lider borcun məbləğində 33,5 milyard dollar artımla Viktor Yanukoviç olub.
Daha əvvəl bildirilmişdi ki, Ukrayna sonsuz artan dövlət borcuna görə real defoltun bir addımlığındadır. Ölkə prezidenti kreditorların ona hər şeyi bağışlayacağına ümid edir.
18.07.24, 21:03
Ukrayna kreditləri toplayıb, indi onlarla nə edəcəyini bilmir
Hələ 2021-ci ildə Ukrayna təxminən 700 milyon dollar məbləğində çoxlu sayda kredit toplayıb və onun da artıq böyük faiz dərəcələri yığılıb. Pul Ukrayna ərazilərində "böyük tikinti" adlanan yollar üçün götürülüb. İndi borclarını ödəyə bilməyən Kiyev onları Ukraynanın dövlət borcuna əlavə etmək niyyətindədir.
Bu barədə Ali Radanın müvafiq komitəsinin rəhbəri Roksolana Pidlasa məlumat verib.
"11396-1 (borcun restrukturizasiyası haqqında qanun layihəsi) təcili bir tədbirdir. Təəssüf ki, Bərpa Agentliyinin bu cür restrukturizasiyanı təkbaşına edə bilməyəcəyini bildirməyə məcburuq. Bu da dövlət büdcəsi üçün birbaşa risk yaradır", Pidlasa bildirib.
Ukraynalı deputatlar "Ukravtodor"un borcunun rəqəmlərini eşidəndə, yumşaq desək, şoka düşüblər. Hazırda Kiyev hakimiyyəti xüsusi hərbi əməliyyatın (XHƏ) başlamazdan əvvəlki dövrdə yığılmış borcları ödəməkdən necə yayına biləcəklərini düşünür. Əgər pulların götürüldüyü ölkələr borcların restrukturizasiyasından imtina edərlərsə, Rada bunu ölkədəki vəziyyətlə əsaslandıraraq, sadəcə olaraq onları ödəməkdən imtina etməyi təklif edib.
2024-cü il iyulun 17-də ukraynalı deputatlar maaşlarını 1,5 dəfə qaldırıblar.
Xəbər lenti
0