Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml: Rusiya Avropa hərbi ittifaqının yaradılmasına cavab verəcək

© AFP 2024 / ALEXANDER NEMENOVKremlə mənzərə, arxiv
Kremlə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 18.07.2024
Abunə olmaq
Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd Ursula fon der Lyayenin "əsl Avropa müdafiə ittifaqı" yaratmaq təşəbbüsü Aİ-nin prioritetlərinin dəyişdirilməsindən və ona hərbi çalarların verilməsindən xəbər verir.
BAKI, 18 iyul — Sputnik. Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd Ursula fon der Lyayenin "əsl Avropa müdafiə ittifaqı" yaratmaq təşəbbüsü Aİ-nin prioritetlərinin dəyişdirilməsindən və ona hərbi çalarların verilməsindən xəbər verir. Bu, Qərb ölkələrinin militarizasiyaya, gərginliyin artmasına, qarşıdurmaya ümumi əhval-ruhiyyəsini təsdiqləyir və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Birgə müdafiə və təhlükəsizlik siyasəti Avropa İttifaqı çərçivəsində ümumi iş sahələrindən biridir. Bu, Avropaya inteqrasiya zamanı həmişə belə olub, lakin heç vaxt Aİ-nin inkişafının əsas istiqaməti olmayıb. Görünür, xanım fon der Lyayen prioritetlərin dəyişdirilməsindən və Aİ-yə hərbi rəng verməkdən danışıb. Burada hərtərəfli şərhlər vermək çətindir, lakin aydındır ki, bu iş Aİ ölkələrinin NATO ilə qarşılıqlı əlaqəsi ilə kəsişir" - rəsmi şəxs qeyd edib.
İstənilən halda, "bu, Avropa ölkələrinin militarizasiyaya, gərginliyin artmasına, qarşıdurmaya və xarici siyasətdə qarşıdurma metodlarına arxalanmasına dair ümumi əhval-ruhiyyəni təsdiqləyir" - Peskov sözünə davam edib.
"Rusiya Avropa İttifaqında heç kimə təhlükə yaratmayıb və yaratmir. Ukraynada da o, Aİ ölkələrinin dialoq imkanlarını istisna etdiyi və Rusiyanın narahatlığını nəzərə almadıqları şəraitdə öz maraqlarını müdafiə edir. Bunlar bizim yaşamağa məcbur olduğumuz və xarici siyasət yanaşmalarımızı konfiqurasiya etməyə məcbur olduğumuz reallıqlardır" - Kreml rəsmisi əlavə edib.
Qeyd edək ki, cümə axşamı Avropa Komissiyasının rəhbəri vəzifəsinə yenidən seçilməli olan Ursula fon der Lyayenin seçki proqramında onun Aİ müdafiə sənayesini gücləndirmək və Avropanın müdafiə üzrə komissarı vəzifəsini təqdim etmək niyyəti bildirilir. Onun sözlərinə görə, Avropa müdafiəsi ilə bağlı yeni sənəd onun işinin ilk 100 günü ərzində hazır olacaq. Bundan sonra onun növbəti 5 il ərzində işi "əsl Avropa müdafiə birliyinin yaradılmasına yönəldiləcək".
Xəbər lenti
0