https://sputnik.az/20240718/bakinin-ustu-bezek-alti-tezek-smart-dayanacaqlari-kondisioner-var-islemir---video-466098473.html
Bakının "üstü bəzək, altı təzək" smart dayanacaqları: Kondisioner var, işləmir - Video
Bakının "üstü bəzək, altı təzək" smart dayanacaqları: Kondisioner var, işləmir - Video
Sputnik Azərbaycan
Sərnişinlər şəhərin əksər yerlərində quraşdırılan smart dayancaqlarda kondisionerin işləmədiyindən şikayətlənirlər. 18.07.2024, Sputnik Azərbaycan
2024-07-18T14:35+0400
2024-07-18T14:35+0400
2024-07-18T14:59+0400
dayanacaq
paytaxt xəbərləri
avtobus
ayna
bakı nəqliyyat agentliyi
yerüstü nəqliyyat agentliyi
kondisioner
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466092687_0:120:1280:840_1920x0_80_0_0_99adcba7040686d04dbdecc2348c6c28.jpg
BAKI, 18 iyul — Sputnik. Paytaxtda quraşdırılan smart dayanacaqlarda sərinləndirici qurğu işləmir. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər şikayətlərində bildiriblər. Onların dediyinə görə, bu dayanacaqların məqsədi yayda istidən, qışda soyuqdan qorunmaq olsa da, içərisində quraşdırılan kondisionerlər işləmir. Sərnişin Elnarə Ağayeva Sputnik Azərbaycan-a bildirib ki, Parlament prospektində olan smart dayanacaqda quraşdırılan kondisioner işləmədiyindən isti havada həmin dayanacaqda dayanmaq mümkün deyil. Smart dayanacaq quraşdırılanda sevinsələr də, bu sevincləri uzun çəkməyib. Kondisioner qısa müddət işlədikdən sonra söndürülüb. "İndi smart dayanacağın qapısını açıq saxlayırıq ki, içərisində istidən boğulmayaq. Çox isti olanda çıxıb ağacların kölgəsində avtobus gözləyirik. Çünki, dayanacağın hər yeri bağlıdır, kondisionersiz isti havada içəridə gözləmək mümkün deyil" - sərnişin bildirib. Sərnişinlər şəhərin əksər yerlərində quraşdırılan smart dayancaqlarda kondisionerin işləmədiyini deyirlər. Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban 54 ünvanındakı smart dayanacaqda da kondisioner işləmir. Sərnişinlər dayanacaq quraşdırıldıqdan çox az müddət sonra kondisionerin söndürüldüyünü, ona görə də isti havada avtobusu ağacların kölgəsində gözlədiklərini qeyd ediblər. Sərnişin Nərgiz Bayramova Sputnik Azərbaycan-a bildirib ki, smart dayanacaqlar da bəzi kondisioneri ola-ala onu işlətməyən avtobusların aqibətini yaşayır: "Şərt avtobusda, dayanacaqda kondisionerin olması deyil, işlək olmasıdır. Smart dayanacaqlarda da bəzi avtobuslar kimi, kondisioner var, amma işləmir. Belə çıxır ki, kondisioneri avtobusa da, dayanacağa da görüntü yaratmaq məqsədilə qoyurlar. Gedişhaqqı bahalaşsa da, sərnişinlərin rahatlığını düşünən yoxdur". Bir neçə smart dayanacaqda apardığımız müşahidələr göstərdi ki, əksəriyyətində kondisioner olsa da, söndürülüb. Ona görə də, sərnişinlər dayanacağın içərisində yox, çölündə avtobus gözləyirlər. Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, həmin dayanacaqlar Bakı Nəqliyyat Agentliyinin (BNA) dövründə quraşdırılmağa başlanılıb. Dayanacaqları quraşdıran şirkətlə müqavilə bağlanıb. İndi o şirkət öz işini düzgün icra etmir, sistemdə hər hansısa xətalar baş verir və yaxud da enerji təminatı zəif olur. Bu kimi problemlər ucbatından neqativ hallar yaşanır. "Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün agentlik bu məsələlərə müdaxilə etməlidir. Problem nədirsə, aradan qaldırmalıdır. Dünyanın bir çox ölkələrində bu sistem qurulur. Xüsusən iqlim şəraiti isti olan ölkələrdə smart dayanacaqlar quraşdırılır. Bu dayanacaqlar da daim işlək vəziyyətdə olmalıdır. Ərazi üzrə aidiyyatı qurumlar vaxtı-vaxtında ciddi qulluq göstərməlidir" - Elməddin Muradlı bildirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır. Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq. Qeyd edək ki, Bakı şəhərinin müxtəlif ərazilərində son illərdə smart dayanacaqlar quraşdırılıb. Bu dayanacaqlar müasir texnologiyalarla təchiz olunub və sərnişinlərə bir sıra üstünlüklər təqdim edir. Bəzi dayanacaqlarda sərnişinlər üçün pulsuz Wi-Fi xidməti təmin edilir. Təhlükəsizliyi təmin etmək üçün dayanacaqlarda nəzarət kameraları quraşdırılıb. Hətta sərnişinlərin mobil cihazlarını şarj edə bilmələri üçün USB şarj nöqtələri mövcuddur. Bəzi smart dayanacaqlar qışda isitmə, yayda isə soyutma sistemləri ilə təchiz olunur. Lakin quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Hazırda yay fəsli olmasına baxmayaraq, dayanacaqların çoxunda kondisonerlər işləmir. Bu isə qızmar havalarda sərnişinlərin işini çətinləşdirir. Məlumat üçün onu da bildirək ki, smart dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində keçmiş Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə reallaşdırılıb. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir. Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Amma həmin monitorlar da işləmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/12/466092687_0:0:1280:960_1920x0_80_0_0_c3f30cbf16658ee0dfcb317f29717759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dayanacaq, avtobus, ayna, bakı nəqliyyat agentliyi, yerüstü nəqliyyat agentliyi, kondisioner
dayanacaq, avtobus, ayna, bakı nəqliyyat agentliyi, yerüstü nəqliyyat agentliyi, kondisioner
Bakının "üstü bəzək, altı təzək" smart dayanacaqları: Kondisioner var, işləmir - Video
14:35 18.07.2024 (Yenilənib: 14:59 18.07.2024) Sərnişinlər şəhərin əksər yerlərində quraşdırılan smart dayancaqlarda kondisionerin işləmədiyindən şikayətlənirlər.
BAKI, 18 iyul — Sputnik. Paytaxtda quraşdırılan smart dayanacaqlarda sərinləndirici qurğu işləmir. Bu barədə Sputnik Azərbaycan-a sərnişinlər şikayətlərində bildiriblər. Onların dediyinə görə, bu dayanacaqların məqsədi yayda istidən, qışda soyuqdan qorunmaq olsa da, içərisində quraşdırılan kondisionerlər işləmir.
Sərnişin Elnarə Ağayeva Sputnik Azərbaycan-a bildirib ki, Parlament prospektində olan smart dayanacaqda quraşdırılan kondisioner işləmədiyindən isti havada həmin dayanacaqda dayanmaq mümkün deyil. Smart dayanacaq quraşdırılanda sevinsələr də, bu sevincləri uzun çəkməyib. Kondisioner qısa müddət işlədikdən sonra söndürülüb.
"İndi smart dayanacağın qapısını açıq saxlayırıq ki, içərisində istidən boğulmayaq. Çox isti olanda çıxıb ağacların kölgəsində avtobus gözləyirik. Çünki, dayanacağın hər yeri bağlıdır, kondisionersiz isti havada içəridə gözləmək mümkün deyil" - sərnişin bildirib.
Sərnişinlər şəhərin əksər yerlərində quraşdırılan smart dayancaqlarda kondisionerin işləmədiyini deyirlər.
Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban 54 ünvanındakı smart dayanacaqda da kondisioner işləmir. Sərnişinlər dayanacaq quraşdırıldıqdan çox az müddət sonra kondisionerin söndürüldüyünü, ona görə də isti havada avtobusu ağacların kölgəsində gözlədiklərini qeyd ediblər. Sərnişin Nərgiz Bayramova Sputnik Azərbaycan-a bildirib ki, smart dayanacaqlar da bəzi kondisioneri ola-ala onu işlətməyən avtobusların aqibətini yaşayır:
"Şərt avtobusda, dayanacaqda kondisionerin olması deyil, işlək olmasıdır. Smart dayanacaqlarda da bəzi avtobuslar kimi, kondisioner var, amma işləmir. Belə çıxır ki, kondisioneri avtobusa da, dayanacağa da görüntü yaratmaq məqsədilə qoyurlar. Gedişhaqqı bahalaşsa da, sərnişinlərin rahatlığını düşünən yoxdur".
Bir neçə smart dayanacaqda apardığımız müşahidələr göstərdi ki, əksəriyyətində kondisioner olsa da, söndürülüb. Ona görə də, sərnişinlər dayanacağın içərisində yox, çölündə avtobus gözləyirlər.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, həmin dayanacaqlar Bakı Nəqliyyat Agentliyinin (BNA) dövründə quraşdırılmağa başlanılıb. Dayanacaqları quraşdıran şirkətlə müqavilə bağlanıb. İndi o şirkət öz işini düzgün icra etmir, sistemdə hər hansısa xətalar baş verir və yaxud da enerji təminatı zəif olur. Bu kimi problemlər ucbatından neqativ hallar yaşanır.
"Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinə keçdiyi üçün agentlik bu məsələlərə müdaxilə etməlidir. Problem nədirsə, aradan qaldırmalıdır. Dünyanın bir çox ölkələrində bu sistem qurulur. Xüsusən iqlim şəraiti isti olan ölkələrdə smart dayanacaqlar quraşdırılır. Bu dayanacaqlar da daim işlək vəziyyətdə olmalıdır. Ərazi üzrə aidiyyatı qurumlar vaxtı-vaxtında ciddi qulluq göstərməlidir" - Elməddin Muradlı bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır. Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılacaq.
Qeyd edək ki, Bakı şəhərinin müxtəlif ərazilərində son illərdə smart dayanacaqlar quraşdırılıb. Bu dayanacaqlar müasir texnologiyalarla təchiz olunub və sərnişinlərə bir sıra üstünlüklər təqdim edir. Bəzi dayanacaqlarda sərnişinlər üçün pulsuz Wi-Fi xidməti təmin edilir. Təhlükəsizliyi təmin etmək üçün dayanacaqlarda nəzarət kameraları quraşdırılıb. Hətta sərnişinlərin mobil cihazlarını şarj edə bilmələri üçün USB şarj nöqtələri mövcuddur. Bəzi smart dayanacaqlar qışda isitmə, yayda isə soyutma sistemləri ilə təchiz olunur. Lakin quraşdırılmasından qısa vaxt sonra bu dayanacaqlar artıq sıradan çıxıb. Hazırda yay fəsli olmasına baxmayaraq, dayanacaqların çoxunda kondisonerlər işləmir. Bu isə qızmar havalarda sərnişinlərin işini çətinləşdirir.
Məlumat üçün onu da bildirək ki, smart dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində keçmiş Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə reallaşdırılıb. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir. Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Amma həmin monitorlar da işləmir.