https://sputnik.az/20240717/lavrov-rusiya-cin-ve-set-ile-birlikde-avrasiya--tehlukesizlik-modeli-uzerinde-isleyecek-466091358.html
Lavrov: Rusiya Çin və ŞƏT ilə birlikdə Avrasiya təhlükəsizlik modeli üzərində işləyəcək
Lavrov: Rusiya Çin və ŞƏT ilə birlikdə Avrasiya təhlükəsizlik modeli üzərində işləyəcək
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, belə bir təhlükəsizlik modelinin reallaşması üçün çox vaxt lazımdır. 17.07.2024, Sputnik Azərbaycan
2024-07-17T22:33+0400
2024-07-17T22:33+0400
2024-07-17T22:43+0400
rusiya
şət
avrasiya
təhlükəsizlik
çin
rusiya
mətbuat konfransı
mdb
ktmt
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274514_0:0:3071:1728_1920x0_80_0_0_40136e0807b30d2323b3e28ee20c5527.jpg
BAKI, 17 iyul - Sputnik. Rusiya Çin və ŞƏT-dəki tərəfdaşları ilə birlikdə Avrasiya qitəsi üçün təhlükəsizlik modelini inkişaf etdirməyə davam edəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.Nazir əlavə edib ki, belə bir təhlükəsizlik modelinin reallaşması üçün uzun zaman lazımdır.Eyni zamanda diplomat Rusiya lideri Vladimir Putinin sözlərinə istinad edərək qeyd edib ki, bu təhlükəsizlik modeli Avrasiya qitəsinin bütün ölkələri, o cümlədən Avrasiyanın qərb hissəsində yerləşən ölkələr üçün açıq olacaq."Əgər və nə vaxt bu ölkələr başa düşsələr ki, NATO mərkəzli bloklar onları yanlış istiqamətə aparır", - Lavrov fikrini tamamlayıb.Rusiya prezidenti Vladimir Putin iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları ilə dialoq qurmağı təklif edib.Onun sözlərinə görə, bu ideyanı irəli sürmək üçün İttifaq dövləti, KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində dialoqu aktivləşdirmək lazımdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274514_182:0:2913:2048_1920x0_80_0_0_8e8f9583fc7503b1ab1f579690376fcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şət, avrasiya, təhlükəsizlik, çin, rusiya, mətbuat konfransı, mdb, ktmt, avrasiya iqtisadi ittifaqı
şət, avrasiya, təhlükəsizlik, çin, rusiya, mətbuat konfransı, mdb, ktmt, avrasiya iqtisadi ittifaqı
Lavrov: Rusiya Çin və ŞƏT ilə birlikdə Avrasiya təhlükəsizlik modeli üzərində işləyəcək
22:33 17.07.2024 (Yenilənib: 22:43 17.07.2024) Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, belə bir təhlükəsizlik modelinin reallaşması üçün çox vaxt lazımdır.
BAKI, 17 iyul - Sputnik. Rusiya Çin və ŞƏT-dəki tərəfdaşları ilə birlikdə Avrasiya qitəsi üçün təhlükəsizlik modelini inkişaf etdirməyə davam edəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz, Çin Xalq Respublikası və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində digər tərəfdaşlarımız, ASEAN, Körfəz Əməkdaşlıq Şurası ilə təmaslarda, bərabərlik, təhlükəsizliyin bölünməzliyi və maraqların tam qarşılıqlı nəzərə alınması, bu maraqların balansına söykənən Avrasiya təhlükəsizlik modelinin hazırlanmasının tərəfdarıyıq", - Lavrov BMT-nin mənzil-qərargahında mətbuat konfransı zamanı deyib.
Nazir əlavə edib ki, belə bir təhlükəsizlik modelinin reallaşması üçün uzun zaman lazımdır.
Eyni zamanda diplomat Rusiya lideri Vladimir Putinin sözlərinə istinad edərək qeyd edib ki, bu təhlükəsizlik modeli Avrasiya qitəsinin bütün ölkələri, o cümlədən Avrasiyanın qərb hissəsində yerləşən ölkələr üçün açıq olacaq.
"Əgər və nə vaxt bu ölkələr başa düşsələr ki, NATO mərkəzli bloklar onları yanlış istiqamətə aparır", - Lavrov fikrini tamamlayıb.
Rusiya prezidenti Vladimir Putin iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşündə Avrasiyada yeni təhlükəsizlik sisteminin bütün potensial iştirakçıları ilə dialoq qurmağı təklif edib.
Onun sözlərinə görə, bu ideyanı irəli sürmək üçün İttifaq dövləti, KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində dialoqu aktivləşdirmək lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.