Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: ABŞ İsrailə silah verməklə Qəzzadakı münaqişənin birbaşa iştirakçısına çevrilib

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 17.07.2024
Abunə olmaq
Rusiya diplomatiyasının rəhbəri bildirib ki, İsrailin qonşuları, o cümlədən Livan onunla genişmiqyaslı qarşıdurmaya cəlb olunmaq təhlükəsi ilə üz-üzədir.
BAKI, 17 iyul - Sputnik. ABŞ İsrailə silah verməklə Qəzza zolağındakı münaqişəyə qarışdı - Ukraynada olduğu kimi Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Silah və sursat verməklə Vaşinqton, hamının başa düşdüyü kimi, Ukraynadakı vəziyyətdə olduğu kimi, münaqişənin də birbaşa ortağına çevrilib”, - Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Rusiya XİN rəhbəri əlavə edib ki, bu dəstək dayansa, qan axıdılması da dayanacaq.
“Lakin ABŞ bunu ya istəmir, ya da edə bilməz”, - nazir qeyd edib.
Diplomatın sözlərinə görə, Moskvanın Qəzzadakı fraksiyalara təsir edən bütün xarici oyunçuların görüşünə dair təklifi qüvvədə qalır, əgər bu oyunçular bir ağızdan danışsalar, Fələstin sıralarında parçalanmanın aradan qaldırılmasına kömək edə bilərlər.

“Bizim təklifimiz Qəzza və İordan çayının qərb sahilindəki müxtəlif fraksiyalar üzərində təsir gücünə malik olan və bir ağızdan danışsalar, Fələstin sıralarında parçalanmaları aradan qaldırmağa kömək edə biləcək bütün xarici oyunçuların görüşü üçün qüvvədə qalır”, - Lavrov bildirib.

Onu sözlərinə görə, İsrailin qonşuları, o cümlədən Livan onunla genişmiqyaslı qarşıdurmaya cəlb olunmaq təhlükəsi ilə üz-üzədir.
"İşğal edilmiş Fələstin ərazilərindəki hərbi əməliyyatdan əlavə, onun digər qonşuları da İsraillə genişmiqyaslı qarşıdurmaya cəlb olunmaq təhlükəsi altındadır", - Lavrov vurğulayıb.
O, xüsusilə Livan və İsraili ayıran Mavi Xəttdə gərginliyin hər gün artdığını vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0