Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının Mətbuat prospektində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidTəmir
Təmir - Sputnik Azərbaycan, 1920, 16.07.2024
Abunə olmaq
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını tövsiyyə edir.
BAKI, 16 iyul — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar iyulun 17-də saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd edilib ki, 1-ci mərhələdə - A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələdə - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələdə - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.
Xəbər lenti
0