https://sputnik.az/20240715/rusiyanin-skenderi-usq-nin-logistika-ve-aviasiyasini-ugurla-mehv-edir-466040445.html
Rusiyanın "İskəndər"i USQ-nin logistika və aviasiyasını uğurla məhv edir
Rusiyanın "İskəndər"i USQ-nin logistika və aviasiyasını uğurla məhv edir
Sputnik Azərbaycan
Rusiya ordusu "ikiqat zərbə" taktikasını uğurla tətbiq edir. 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T20:33+0400
2024-07-15T20:33+0400
2024-07-15T20:33+0400
iskəndər
rusiya
ukrayna
xüsusi əməliyyat
https://cdnn1.img.sputnik.az/img/07e8/05/17/464856393_0:0:1920:1080_1920x0_80_0_0_7c104829a440df10e93bb24b96165d36.jpg
BAKI, 15 iyul — Sputnik. Rusiyanın "İskəndər" əməliyyat-taktiki raket kompleksləri 2006-cı ildə silahlanmaya daxil olandan bəri Rusiyanın zərbə potensialında getdikcə daha mühüm yer tutur. Onlar xüsusi hərbi əməliyyat (XHƏ) zonasında logistika və aviasiyanı uğurla məhv edərək, mart ayından etibarən xüsusi şöhrət qazanıblar. Bu barədə "Military Watch Magazine" nəşri məlumat yayıb. Jurnalistlər qeyd edirlər ki, Rusiya ordusu "ikiqat zərbə" taktikasından istifadə etməyə başlayıb. "İskəndər-M" Xarkov vilayətinin Budı qəsəbəsindəki qatara zərbə endirərək bir neçə dəmir yolu vaqonunu və yaxınlıqdakı infrastrukturu sıradan çıxarıb. Zərəri qiymətləndirmək üçün hadisə yerinə gedən Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) əməkdaşları, o cümlədən Xarkov vilayəti FHDX-nin rəisi təkrar zərbə ilə məhv edilib. İyulun əvvəlində isə bu komplekslər Mirqorod aviabazasına uğurla zərbə endirərkən, Ukraynada qalan bir neçə Su-27 qırıcısı məhv edilib və döyüş aviasiyasının imkanlarına çox ciddi zərbə vurulub. Nəşr vurğulayır ki, "ikiqat zərbə" taktikası Rusiyanın hərbi sənaye kompleksinin xüsusi hərbi əməliyyatdan əvvəlki dövrlə müqayisədə "İskəndər-M" üçün mərmi istehsalını bir neçə dəfə artırmağı bacarması səbəbindən mümkün olub. Bu yaxınlarda Qərb jurnalistləri etiraf etmək məcburiyyətində qalıblar ki, "İsgəndər" kompleksləri hava hücumundan müdafiə vasitələrini dəf etmək üçün xüsusi vasitə olmasa da, şəxsi heyət ən yaxşı hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün onlardan effektiv istifadəni dəfələrlə sübut edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/17/464856393_201:0:1641:1080_1920x0_80_0_0_064ef05d554d9342ddf4ef7e63b847d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iskəndər, ukrayna, xüsusi əməliyyat
iskəndər, ukrayna, xüsusi əməliyyat
Rusiyanın "İskəndər"i USQ-nin logistika və aviasiyasını uğurla məhv edir
Rusiya ordusu "ikiqat zərbə" taktikasını uğurla tətbiq edir.
BAKI, 15 iyul — Sputnik. Rusiyanın "İskəndər" əməliyyat-taktiki raket kompleksləri 2006-cı ildə silahlanmaya daxil olandan bəri Rusiyanın zərbə potensialında getdikcə daha mühüm yer tutur. Onlar xüsusi hərbi əməliyyat (XHƏ) zonasında logistika və aviasiyanı uğurla məhv edərək, mart ayından etibarən xüsusi şöhrət qazanıblar.
Bu barədə "Military Watch Magazine" nəşri məlumat yayıb.
Jurnalistlər qeyd edirlər ki, Rusiya ordusu "ikiqat zərbə" taktikasından istifadə etməyə başlayıb. "İskəndər-M" Xarkov vilayətinin Budı qəsəbəsindəki qatara zərbə endirərək bir neçə dəmir yolu vaqonunu və yaxınlıqdakı infrastrukturu sıradan çıxarıb. Zərəri qiymətləndirmək üçün hadisə yerinə gedən Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) və Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) əməkdaşları, o cümlədən Xarkov vilayəti FHDX-nin rəisi təkrar zərbə ilə məhv edilib.
İyulun əvvəlində isə bu komplekslər Mirqorod aviabazasına uğurla zərbə endirərkən, Ukraynada qalan bir neçə Su-27 qırıcısı məhv edilib və döyüş aviasiyasının imkanlarına çox ciddi zərbə vurulub.
Nəşr vurğulayır ki, "ikiqat zərbə" taktikası Rusiyanın hərbi sənaye kompleksinin xüsusi hərbi əməliyyatdan əvvəlki dövrlə müqayisədə "İskəndər-M" üçün mərmi istehsalını bir neçə dəfə artırmağı bacarması səbəbindən mümkün olub.
Bu yaxınlarda Qərb jurnalistləri etiraf etmək məcburiyyətində qalıblar ki, "İsgəndər" kompleksləri hava hücumundan müdafiə vasitələrini dəf etmək üçün xüsusi vasitə olmasa da, şəxsi heyət ən yaxşı hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün onlardan effektiv istifadəni dəfələrlə sübut edib.