https://sputnik.az/20240715/revan-oz-elleri-ile-cenubi-qafqazda-veziyyeti-ciddi-sekilde-pozur---qaluzin-465949141.html
"Eagle Partner 2024": Ermənistan-ABŞ hərbi təlimləri başlayıb
"Eagle Partner 2024": Ermənistan-ABŞ hərbi təlimləri başlayıb
Sputnik Azərbaycan
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak... 15.07.2024, Sputnik Azərbaycan
2024-07-15T17:46+0400
2024-07-15T17:46+0400
2024-07-15T17:46+0400
rusiya
mixail qaluzin
ermənistan
azərbaycan
nato
sammit
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466041881_0:107:2048:1259_1920x0_80_0_0_f1b97a48e83029f1647c58851f6fbced.jpg
BAKI, 15 iyul — Sputnik. Ermənistan və ABŞ ordularının "Eagle Partner 2024" hərbi təlimləri başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər iyulun 24-dək davam edəcək. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin və başqaları iştirak ediblər. Papikyan çıxışında qeyd edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir. Təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tədbirlərini əhatə edir. Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. 2023-cü il sentyabrın 11-də Ermənistanda "Eagle Partner 2023" Ermənistan-ABŞ təlimi keçirilib.12.07.24, 20:12Ermənistan-ABŞ birgə təlimləri Rusiya ilə əməkdaşlığa xələl gətirir - ZaxarovaErmənistan və ABŞ arasında qarşıdan gələn “Eagle Partner” təlimləri, xüsusən İrəvanın KTMT-də iştirakını dondurması fonunda təəssüf doğurur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. "Bu təlimlər ikinci dəfə keçiriləcək və bunun xüsusilə İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması və bu təşkilata qarşı ictimai hücumlar fonunda baş verməsi təəssüfdən başqa heç nəyə səbəb olmayacaq”, - o bildirib.Diplomatın sözlərinə görə, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə, o cümlədən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərində sadiq olub və sadiq qalır. Rusiya Federasiyası həmişə qarşılıqlı məqbul həllər tapmağa çalışıb.“İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə qurulmuş mexanizmlərin işləməsi perspektivlərini sarsıdır” - Zaxarova əlavə edib.O, eyni zamanda qeyd edib ki, İrəvanla Qərb ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır.Zaxarova onu da deyib ki, ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır.Onun fikrincə, Amerika rəsmilərinin İrəvana səfərləri estafet rejiminə keçib.Zaxarovanın sözlərinə görə, amerikalılar arasında əvvəllər belə aktivlik müşahidə olunmayıb:"Birləşmiş Ştatlar əvvəllər belə səxavətlilik göstərməyib. Onlar sizə qərar qəbul etməkdə kömək edəcəklər, lakin maraqlarınızı nəzərə almadan ərazinizdən, resurslarınızdan və imkanlarınızdan istifadə edəcəklər”.11.07.24, 10:44İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozur - QaluzinRusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib. Qaluzinin fikrincə, məqsədi Rusiyanın "strateji məğlubiyyətə uğratmaq" olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozur, öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır. ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edir. Görüşlər Uolter E.Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə keçirilir. Otuz iki üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə üzv ölkələrlə yanaşı Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/0f/466041881_114:0:1934:1365_1920x0_80_0_0_4cb380be7094e6032637c23cadec6af9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail qaluzin, ermənistan, azərbaycan, nato, sammit
mixail qaluzin, ermənistan, azərbaycan, nato, sammit
"Eagle Partner 2024": Ermənistan-ABŞ hərbi təlimləri başlayıb
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
BAKI, 15 iyul — Sputnik. Ermənistan və ABŞ ordularının "Eagle Partner 2024" hərbi təlimləri başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər iyulun 24-dək davam edəcək. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin və başqaları iştirak ediblər.
Papikyan çıxışında qeyd edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
Təlimlər sülhməramlı tapşırıqların icrası zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə tədbirlərini əhatə edir.
Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır.
2023-cü il sentyabrın 11-də Ermənistanda "Eagle Partner 2023" Ermənistan-ABŞ təlimi keçirilib.
Ermənistan-ABŞ birgə təlimləri Rusiya ilə əməkdaşlığa xələl gətirir - Zaxarova
Ermənistan və ABŞ arasında qarşıdan gələn “Eagle Partner” təlimləri, xüsusən İrəvanın KTMT-də iştirakını dondurması fonunda təəssüf doğurur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Bu təlimlər ikinci dəfə keçiriləcək və bunun xüsusilə İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması və bu təşkilata qarşı ictimai hücumlar fonunda baş verməsi təəssüfdən başqa heç nəyə səbəb olmayacaq”, - o bildirib.
Diplomatın sözlərinə görə, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə, o cümlədən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərində sadiq olub və sadiq qalır. Rusiya Federasiyası həmişə qarşılıqlı məqbul həllər tapmağa çalışıb.
“İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə qurulmuş mexanizmlərin işləməsi perspektivlərini sarsıdır” - Zaxarova əlavə edib.
O, eyni zamanda qeyd edib ki, İrəvanla Qərb ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır.
Zaxarova onu da deyib ki, ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır.
Onun fikrincə, Amerika rəsmilərinin İrəvana səfərləri estafet rejiminə keçib.
Zaxarovanın sözlərinə görə, amerikalılar arasında əvvəllər belə aktivlik müşahidə olunmayıb:
"Birləşmiş Ştatlar əvvəllər belə səxavətlilik göstərməyib. Onlar sizə qərar qəbul etməkdə kömək edəcəklər, lakin maraqlarınızı nəzərə almadan ərazinizdən, resurslarınızdan və imkanlarınızdan istifadə edəcəklər”.
İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozur - Qaluzin
Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib.
"Təhlükəsizlik sahəsindən danışarkən, vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır. Hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. İrəvan narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, təəssüf ki, başqa yol seçdi. Ermənistan NATO və ya Alyansın ayrı-ayrı üzvləri ilə, xüsusən NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından qarşılıqlı əlaqəni artırmağa üstünlük verir. Bütün bunlar həddindən artıq təəssüf doğurur", - Rusiya XİN rəhbərinin müavini bildirib.
Qaluzinin fikrincə, məqsədi Rusiyanın "strateji məğlubiyyətə uğratmaq" olanlarla belə bir tempdə əməkdaşlığı dərinləşdirməklə İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozur, öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır.
"Düşünürəm ki, Ermənistandakı bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün bədəlini başa düşürlər", - o əlavə edib.
ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edir. Görüşlər Uolter E.Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə keçirilir.
Otuz iki üzv ölkənin dövlət və hökumət başçıları səviyyəsində təmsil olunduğu sammitdə üzv ölkələrlə yanaşı Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya liderləri də iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.