Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda köməksiz vəziyyətdə qalan ana və 15 günlük körpəsi xəstəxanaya yerləşdirilib

© AP Photo / Teresa CrawfordYenidoğulmuş körpə, arxiv
Yenidoğulmuş körpə, arxiv - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
İctimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
BAKI, 15 iyul — Sputnik. Bakıda iaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpəsi xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin verdiyi məlumata görə, bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı Şərifova Səbinə Fazil qızı və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər. Ana və körpəsi polis və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
***
İaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpəsi xilas edilib.
Bununla bağlı Sputnik Azərbaycan-a Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyatı qurumlarla birlikdə araşdırılıb.
Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan ana və 15 günlük körpənin həyatı xilas olunub.
Araşdırmalar davam etdirilir.
05.07.24, 14:35
Bakıda küçəyə atılmış körpə Uşaq Klinik Xəstəxanasına yerləşdirilib
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.07.2024-cü il tarixində saat 23:58 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsindən valideyn himayəsindən məhrum olan təxminən 7 günlük (kişi cinsli) körpə üçün çağırış daxil olub. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda deyilir.
Dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Təcili tibbi yardım briqadası tərəfindən körpə müayinə olunub və ona zəruri tibbi yardımlar göstərilib.
Polisin müşayiəti ilə körpə həkim nəzarəti altında saxlanılaraq Bakı şəhəri 1 nömrəli Körpələr Evinə təxliyə olunub. 04.07.2024-cü il tarixində saat 01:55 radələrində 30.06.2024-cü il təvəllüdlü yenidoğulan (kişi cinsli) 1 saylı Körpələr Evindən polisin müşayiəti ilə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilib.
Ona neonatol sarılıq diaqnozu təyin edilib. Hazırda tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
05.07.24, 13:18
Bakıda birhəftəlik körpəni küçəyə atıblar. Məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində küçəyə atılan körpə polis əməkdaşları tərəfindən tapılaraq körpələr evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, park ərazisində aşkarlanan birhəftəlik körpənin həyatı üçün təhlükə yoxdur.
Onun sözlərinə görə, ötən gecə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki parklardan birində polis əməkdaşları xidmət aparan zaman yenidoğulmuş körpə (oğlan uşağı) aşkar ediblər.

"Polis əməkdaşları körpəyə ilkin tibbi yardım göstəriblər. Vaxtında görülən tədbirlər nəticəsində onun həyatı xilas edilib. Daha sonra körpə polislər tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur. Körpənin valideynlərinin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - polis rəsmisi bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0