https://sputnik.az/20240714/rusiyali-deputat-ve-senatorlara-olkeden-icazesiz-cixmaq-qadagan-edildi---qanun-imzalandi--466010254.html
Rusiyalı deputat və senatorlara ölkədən icazəsiz çıxmaq qadağan edildi - Qanun imzalandı
Rusiyalı deputat və senatorlara ölkədən icazəsiz çıxmaq qadağan edildi - Qanun imzalandı
Sputnik Azərbaycan
Qanunun məqsədi arlamentarilərin dost olmayan dövlətlər tərəfindən yersiz təqiblərdən daha effektiv qorunmasıdır. 14.07.2024, Sputnik Azərbaycan
2024-07-14T09:43+0400
2024-07-14T09:43+0400
2024-07-14T10:51+0400
rusiya
rusiya prezidenti vladimir putin
qanun
deputat
senator
təqib
icazə
ezamiyyə
səyahət
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638248_0:0:3255:1831_1920x0_80_0_0_5951f803f75ddab12d3afb11b5139565.jpg
BAKI, 14 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin şənbə günü Rusiya Federasiyasını icazəsiz tərk etdikdə Dövlət Dumasının deputatları və senatorlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qanunu imzalayıb. Sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.Beləliklə, “Rusiya Federasiyası senatorunun statusu və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.Qeyd olunur ki, deputat və ya senator Rusiyadan kənara səfər etməyi planlaşdırırsa, Rusiya Federasiyası Federal Məclisinin müvafiq palatasının rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydada səfərlərini əlaqələndirməlidirlər.Qaydalar qanunvericilərin rəsmi ezamiyyətlərinə şamil edilmir. Beləliklə, qanunvericilik təşəbbüsünün müəllifləri bir qədər əvvəl qeyd ediblər ki, ezamiyyətlər parlamentarilərin xaricə səyahətinin əsas formasına çevrilməlidir.Qanuna əlavə olunan materiallarda qeyd olunub ki, bu yeniliklər Rusiyanın təhlükəsizliyinə yeni təhdidlərin yaranması ilə əlaqədardır. Qanun parlamentarilərin dost olmayan dövlətlərin hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən qanunsuz təqibindən müdafiəsi üçün əlavə təminatların yaradılmasına yönəlib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638248_631:0:3255:1968_1920x0_80_0_0_67553b28365dfc9d6e4735887edf03c6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, qanun, deputat, senator, təqib, icazə, ezamiyyə, səyahət, rusiya
rusiya prezidenti vladimir putin, qanun, deputat, senator, təqib, icazə, ezamiyyə, səyahət, rusiya
Rusiyalı deputat və senatorlara ölkədən icazəsiz çıxmaq qadağan edildi - Qanun imzalandı
09:43 14.07.2024 (Yenilənib: 10:51 14.07.2024) Qanunun məqsədi arlamentarilərin dost olmayan dövlətlər tərəfindən yersiz təqiblərdən daha effektiv qorunmasıdır.
BAKI, 14 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin şənbə günü Rusiya Federasiyasını icazəsiz tərk etdikdə Dövlət Dumasının deputatları və senatorlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qanunu imzalayıb. Sənəd hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.
Beləliklə, “Rusiya Federasiyası senatorunun statusu və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.
“Rusiya Federasiyasının senatoru, Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Federal Məclisinin Palatası tərəfindən müəyyən etdiyi qayda və müddətə rəsmi ezamiyyətlər istisna olmaqla, Rusiya Federasiyasının hüdudlarından kənara səyahətırinin razılaşdırmalıdırlar", - qanunun mətnində deyilir.
Qeyd olunur ki, deputat və ya senator Rusiyadan kənara səfər etməyi planlaşdırırsa, Rusiya Federasiyası Federal Məclisinin müvafiq palatasının rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydada səfərlərini əlaqələndirməlidirlər.
Prosedurun pozulması palatanın qərarı ilə deputatın və ya senatorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə səbəb olur.
Qaydalar qanunvericilərin rəsmi ezamiyyətlərinə şamil edilmir. Beləliklə, qanunvericilik təşəbbüsünün müəllifləri bir qədər əvvəl qeyd ediblər ki, ezamiyyətlər parlamentarilərin xaricə səyahətinin əsas formasına çevrilməlidir.
Qanuna əlavə olunan materiallarda qeyd olunub ki, bu yeniliklər Rusiyanın təhlükəsizliyinə yeni təhdidlərin yaranması ilə əlaqədardır. Qanun parlamentarilərin dost olmayan dövlətlərin hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən qanunsuz təqibindən müdafiəsi üçün əlavə təminatların yaradılmasına yönəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.