https://sputnik.az/20240714/peskov-qerble-munasibetlerde-soyuq-muharibenin-atributlarinin-qaytarildigini-aciqlayib-465998573.html
Peskov Qərblə münasibətlərdə soyuq müharibənin atributlarının qaytarıldığını açıqlayıb
Peskov Qərblə münasibətlərdə soyuq müharibənin atributlarının qaytarıldığını açıqlayıb
Sputnik Azərbaycan
Bütün bunlar Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək məqsədi ilə edilir. 14.07.2024, Sputnik Azərbaycan
2024-07-14T10:02+0400
2024-07-14T10:02+0400
2024-07-14T10:02+0400
dmitri peskov
rusiya
anatoli antonov
abş
abş
almaniya
raket
pentaqon
pentaqon
vaşinqton
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_0:26:3071:1753_1920x0_80_0_0_47d35b9212941805c50c77ed7ecf1d7c.jpg
BAKI, 14 iyul — Sputnik. Kreml rəsmisi Dmitri Peskov ABŞ-ın Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planlarını şərh edərkən deyib ki, "soyuq müharibənin bütün atributları birbaşa qarşıdurma ilə" Qərblə münasibətlərə geri qayıdır. O, bu barədə jurnalist Pavel Zarubinə şərhində bildirib. "Soyuq müharibəyə doğru inamlı addımlar atırıq. Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukrayna ətrafındakı münaqişədə birbaşa iştirak edir" - Peskov vəziyyəti təsvir edib. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, bütün bunlar Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək məqsədi ilə edilir. Onun sözlərinə görə, Rusiya tərəfi bunu nəzərə almalıdır. Bundan əvvəl Pentaqon Vaşinqtonun 2026-cı ildə Almaniyada uzun mənzilli zərbə sistemləri yerləşdirmək planlarını açıqlamışdı ki, bu da artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyəcək. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, yerləşdirmə ölkəyə öz silahlarını inkişaf etdirmək üçün vaxt qazandıracaq. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov belə bəyanatların beynəlxalq təhlükəsizliyə birbaşa təhdid olduğunu vurğulayıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456156380_309:0:3040:2048_1920x0_80_0_0_a0cbcc20bbb3982e05ef41876e0f1d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dmitri peskov, anatoli antonov, abş, abş, almaniya, raket, pentaqon, pentaqon, vaşinqton
dmitri peskov, anatoli antonov, abş, abş, almaniya, raket, pentaqon, pentaqon, vaşinqton
Peskov Qərblə münasibətlərdə soyuq müharibənin atributlarının qaytarıldığını açıqlayıb
Bütün bunlar Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək məqsədi ilə edilir.
BAKI, 14 iyul — Sputnik. Kreml rəsmisi Dmitri Peskov ABŞ-ın Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planlarını şərh edərkən deyib ki, "soyuq müharibənin bütün atributları birbaşa qarşıdurma ilə" Qərblə münasibətlərə geri qayıdır.
O, bu barədə jurnalist Pavel Zarubinə şərhində bildirib.
"Soyuq müharibəyə doğru inamlı addımlar atırıq. Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukrayna ətrafındakı münaqişədə birbaşa iştirak edir" - Peskov vəziyyəti təsvir edib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, bütün bunlar Rusiyaya döyüş meydanında strateji məğlubiyyət vermək məqsədi ilə edilir. Onun sözlərinə görə, Rusiya tərəfi bunu nəzərə almalıdır.
Bundan əvvəl Pentaqon Vaşinqtonun 2026-cı ildə Almaniyada uzun mənzilli zərbə sistemləri yerləşdirmək planlarını açıqlamışdı ki, bu da artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyəcək. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, yerləşdirmə ölkəyə öz silahlarını inkişaf etdirmək üçün vaxt qazandıracaq.
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov belə bəyanatların beynəlxalq təhlükəsizliyə birbaşa təhdid olduğunu vurğulayıb.