Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ticarət profisiti baxımından ilk on ölkə siyahısına daxil olub

© Sputnik / Мария ДевахинаRubl
Rubl  - Sputnik Azərbaycan, 1920, 13.07.2024
Abunə olmaq
2023-cü ilin yekunlarına əsasən, Rusiya Federasiyası ticarətdən 121 milyard dollar gəlir əldə edib.
BAKI, 13 iyul - Sputnik. 2023-cü ilin nəticələrinə əsasən, Rusiya ticarət profisiti baxımından ilk 10 ölkə siyahısına daxil olub.
“RİA Novost”i bu barədə Dünya Bankının (DB) məlumatlarına istinadən xəbər verib.
Ümumilikdə, dünya ölkələri ötən il 23,3 trilyon dollarlıq mal ixrac edib, 22,9 trilyon dollarlıq mal isə idxal ediblər. Nəticədə 365 milyard dollarlıq ticarət müsbət saldosu yaranıb.
594 milyard dollarlıq ticarət profisiti əldə edən Çin ticarətdən ən çox qazanc əldə etməyi bacarıb. Sonrakı yerdə 245,3 milyard profisitlə Almaniya və 178 milyard xalis ticarət gəliri ilə İrlandiya gəlir.
2023-cü ilin yekunlarına əsasən, Rusiya Federasiyası ticarətdən 121 milyard dollar gəlir əldə edib və bu reytinqdə yeddinci yeri tutub.
Bundan əvvəl Çin və Rusiya arasında ticarət dövriyyəsinin son altı ayda 1,8% artdığı bildirilirdi. Bununla yanaşı, Çindən Rusiya Federasiyasına tədarük 0,8% azalıb.
Xəbər lenti
0