Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Paşinyanla Lukaşenkonu barışdırmaq istəyir

© Sputnik / Виталий БелоусовRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə onun, nə də başqa erməni rəsmisinin Belarusa səfər etməyəcəyini deyib.
BAKI, 12 iyul — Sputnik. Rusiya tərəfi İrəvan və Minsk arasında mövcud mürəkkəb dövrü mümkün qədər tez bitməsində maraqlıdır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib.
Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında gərginliyin həllində iştirak etmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən o, təəssüflə qeyd edib ki, Ermənistan hakimiyyətinin belaruslu tərəfdaşlarına qarşı tutduğu sərt mövqeyi izah etmək çətindir:

"Aleksandr Lukaşenko Minskin sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlı olduğunu həmişə vurğulayıb, hətta ən çətin dövrlərdə belə, Belarus liderinin təşəbbüsləri xüsusi olaraq müharibə edən tərəfləri barışdırmağa yönəlmişdi".

Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Minsk və İrəvan Rusiyanın çoxşaxəli əməkdaşlığı inkişaf etdirdiyi müttəfiqləridir. Qaluzin əlavə edib ki, Ermənistan və Belarus MDB, KTMT və Aİİ-nin bir hissəsidir.
"Moskva dostlarımız arasında mövcud olan mürəkkəb dövrü mümkün qədər tez bitirməkdə maraqlıdır" - o, vurğulayıb.
"İstənilən halda, ümid edirik ki, müvəqqəti fikir ayrılıqları ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqinə mənfi təsir göstərməyəcək" - Qaluzin əlavə edib.
"Biz hər iki tərəfi uzağa baxmağa, yeni dünya düzəninin konturlarının yarandığı anın əhəmiyyətini dərk etməyə çağırırıq ki, onun qurulmasında təkcə Minski deyil, həm də İrəvanı görmək istərdik" - o, fikirlərini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun orada prezident olduğu müddətdə nə onun, nə də başqa erməni rəsmisinin Belarusa səfər etməyəcəyini və Belarus liderinin üzr istəməli olduğunu bildirib. Onun sözlərinə görə, Belarus prezidenti Qarabağda münaqişənin gərginləşməsinin hazırlanmasında iştirak edib, Azərbaycanı dəstəklədiyini, inandığını və qələbəsini istədiyini bəyan edib.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib ki, Ermənistan rəhbərliyini xarici oyunçular buna nə qədər sövq etsə də, Belarus Ermənistanla münasibətləri pisləşdirmək fikrində deyil. Qlaz onu da vurğulayıb ki, Minsk daxili işlərə qarışmır, erməni xalqına hörmət edir və onlara ölkənin gələcəyi və xalqın rifahı haqqında həqiqətən düşünəcək liderlər arzulayır. Bu bəyanatla əlaqədar Ermənistan Xarici İşlər Nazirliyi Belarus tərəfinə etirazını bildirib və Ermənistanın Minskdəki səfirini məsləhətləşmələr üçün İrəvana çağırıb.
Xəbər lenti
0