CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 22 əlil uşaq övladlığa veriləcək

© AFP 2024 / JOSEP LAGOДевочка закрывает лицо руками, фото из архива
Девочка закрывает лицо руками, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.
BAKI, 12 iyul — Sputnik. Azərbaycanda əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, onlar nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələri, eləcə də uşaq evi və internat müəssisələri və Uşaq Psixonevroloji Mərkəzindəki uşaqlardır.
Həmin uşaqlar barədə məlumatlar Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə" altsisteminə daxil edilib. Övladlığa verilə bilən uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Fərdi inkişaf planlarının tərtibatı zamanı uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub. Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması: 81-100 faiz olduqda - 270 manat müavinət, 200 manat təqaüd (gözdən əlilliyə görə olduqda 300 manat) və həmin uşağa qulluğa görə 100 manat təqaüd, 61-80 faiz olduqda 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd, 31-60 faiz olduqda 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd nəzərdə tutulub.
Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.
25.01.24, 13:30
1 noyabr 2019-cu ildən etibarən ümumilikdə 504 uşaq övladlığa verilib. Onlardan 141 nəfəri ötən il övladlığa verilən uşaqlardır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.
"Paralel olaraq "Himayədar ailə" qayğı modeli çərçivəsində 5 uşaq himayədar ailələrə verilib. Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 uşağa sosial xidmət göstərilib.
2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353, övladlığa verilmiş uşaq sayı isə 141 olub. Övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub. Övladlığagötürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb" - deyə o bildirib.
Xəbər lenti
0