Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BRİKS-də çoxtərəfli rəqəmsal hesablaşma platforması yaradıla bilər - Matviyenko

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiya Şurasının sədri Valentina Matviyenko
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko  - Sputnik Azərbaycan, 1920, 12.07.2024
Abunə olmaq
Matviyenko deyib ki, bu halda assosiasiya ölkələrinin mərkəzi banklarının rəqəmsal valyutalarından istifadə edilə bilər.
BAKI, 12 iyul — Sputnik. BRİKS-də çoxtərəfli rəqəmsal hesablaşma və ödəniş platforması yaradıla bilər, bununla bağlı Rusiya Federasiyası Maliyyə Nazirliyi və Mərkəzi Bankı hesabat hazırlayır. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Rusiya Maliyyə Nazirliyi və Rusiya Mərkəzi Bankı assosiasiyadakı tərəfdaşları ilə birlikdə BRİKS ölkələrinin liderlərinə beynəlxalq valyuta-maliyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və tövsiyələrin siyahısını özündə əks etdirən hesabat hazırlayır. Hesabatın nəticəsi BRİKS-ə üzv ölkələrin maliyyə bazarlarını bir araya gətirməyə və qarşılıqlı ticarət dövriyyəsini artırmağa kömək edəcək çoxtərəfli rəqəmsal hesablaşma və ödəniş platformasının (BRICS Bridge) yaradılması ola bilər" - o deyib.
Matviyenko əlavə edib ki, bu halda, assosiasiya ölkələrinin mərkəzi banklarının rəqəmsal valyutalarından istifadə edilə bilər, onların məzənnəsi milli valyutaların dəyərinə bağlıdır.
"Bundan əlavə, bu rəqəmsal hesablaşma və ödəniş platforması mərkəzsiz olacaq, o zaman iştirakçılardan heç biri digərlərinin hərəkətlərini məhdudlaşdıra bilməyəcək, əgər Rusiya tərəfindən təklif olunan təşəbbüs təsdiqlənərsə, BRIKS ölkələrindən milli rəqəmsal valyutanın dövriyyəyə buraxılması və onun transsərhəd ödənişlərdə istifadəsi üçün qanunvericilik işlərini əlaqələndirmək tələb olunacaq" - Matviyenko fikrini yekunlaşdırıb.
Rusiya bu il yanvarın 1-dən BRİKS-ə sədrliyə başlayıb. İl təşkilata yeni üzvlərin qoşulması ilə başlayıb. Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, indi onun tərkibinə Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
11.07.24, 17:26
BRİKS-in qlobal proseslərə konstruktiv təsirini gücləndirəcəyik - Putin
Qərb dünyada dominant mövqeyini saxlamaq üçün gücə, birtərəfli sanksiyalara və şantaja əl atır. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Onlar (Qərb) bu ​​gün müəyyən nizam qurmağa çalışırlar. Beynəlxalq hüququn prinsiplərinə zidd olaraq, gücdən, birtərəfli sanksiyalardan, ticarət qaydalarının seçmə tətbiqindən, şantajdan istifadə edirlər", - Putin deyib.

Ruisya lideri deyib ki, BRİKS həm qlobal cənub, həm də qlobal şərq dövlətlərinin maraqlarını əks etdirir, assosiasiyanın tərəfdarlarının sayı durmadan artır:
"Əminəm ki, birlikdə, vahid şəkildə hərəkət etməklə biz ölkələrimizin iqtisadi, investisiya, texnoloji və insan potensialının maksimum dərəcədə reallaşmasına nail olacağıq. BRİKS-in qlobal proseslərə konstruktiv təsirini gücləndirəcəyik və dünyanı daha təhlükəsiz və daha ahəngdar yerə çevirəcəyik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0