Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Türkiyə Ukrayna münaqişəsində iştirak etməyəcək - Ərdoğan

© AFP 2024 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.07.2024
Abunə olmaq
Türkiyə liderinin sözlərinə görə, Ankara hər iki tərəflə dialoq aparır, onları sülhə yaxınlaşdırmağa çalışır.
BAKI, 11 iyul — Sputnik. Türkiyə Ukrayna münaqişəsində iştirak etməyəcək, Ankara hər iki tərəflə dialoq aparır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz lap əvvəldən bəyan etmişdik ki, bu müharibədə iştirak etməyəcəyik. Bizim mövqeyimiz müstəsna olaraq sülhün tərəfindədir. Həll daha çox qan və iztirabda deyil, dialoq yolu ilə əldə edilən davamlı sülhdədir. Bu münaqişə Ukraynaya xeyirdən çox zərər gətirdi", - o, "Newsweek" jurnalına verdiyi müsahibədə deyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara hər iki tərəflə dialoq aparır, onları sülhə yaxınlaşdırmağa çalışır.

"Tərəfləri Antalya və İstanbulda bir araya gətirməklə, problemlərin həlli üçün kritik dialoq platformasının yaradılmasına töhfə verdik. Bizim Qara dənizdəki taxıl təşəbbüsümüz və oradan həyata keçirdiyimiz taxıl tədarükü təkcə iqtisadi və logistik fəaliyyət deyildi. Biz inanmırıq ki, bu müharibənin tərəflərdən birinin zəfəri və ya məğlubiyyəti problemin həlli yoludur", - Ərdoğan bildirib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin onun məqsədini səkkiz ildir Kiyev rejimi tərəfindən sui-istifadə və soyqırıma məruz qalan insanları qorumaq adlandırıb.
Rusiya lideri qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbir idi, əks halda təhlükəsizlik riskləri yarandı ki, buna başqa vasitələrlə cavab vermək mümkün deyildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0